Page 115 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 115
Seçilmiş əsərləri

lığının davamına iddia etdi. Dostlarına onun kimliyini
necə izah edəcək? Culiya əmin idi ki, Dolli onu bəyən-
məyəcək. Bəlkə, fikrindən şantaj eləmək... Əgər o, bu-
günkü təcrübəni təkrarlamaq həvəsinə düşsə, Culiya nə
edəcək? Bəli, o, ehtiraslıdır, buna şübhə ola bilməz. O,
Culiyadan harada qalacağını soruşdu. Doğrudur, cavab
olmadı, amma bunu öyrənmək elə də çətin iş deyil.
Kann boyda balaca bir yerdə göz-gözə gəlməkdən ya-
yınmaq çətin mümkün olsun. Bəlkə, o, sırtığın birisidi?
Əgər, doğrudan da, dediyi kimi Culiyaya vurulubsa,
aydın məsələdi ki, əl çəkən deyil. Bu əcnəbilərlə so-
nunun necə olacağını əvvəlcədən bilmək çətin işdi, qorx
ki, səni camaat qarşısında biabır eləməsin. Culiyanı sa-
kitləşdirən bir şey idi. O demişdi ki, ancaq pasxanı orada
keçirəcək. Özünü elə göstərər ki, guya, çox yorulub, bir
müddət malikanədə rahat qalmaq istəyir.

“Mən bu axmaqlığa necə yol verdim?!”
Dolli, əlbəttə ki, onu qarşılamağa gələcək. Əgər o
insan sağollaşmaq üçün yaxınlaşsa, Dolliyə deyər ki, bu
şəxs ona kupesini verib. Burada elə bir şey yoxdu. Yax-
şısı budur, həmişə həqiqətin tərəfində olasan... Mümkün
qədər. Kanna gəlib çatanda vağzalda adam əlindən tər-
pənmək mümkün deyildi. Culiya hətta ispanın üzünü
belə görmədən düşüb Dollinin maşınına mindi.
Dolli:
– Mən bu gün üçün heç kimi dəvət eləməmişəm, –
dedi. – Fikirləşdim, yorulmusunuz, ona görə də istədim,
heç olmasa, bir gün ikimiz təklikdə qalaq.
Culiya nəvazişlə onun çiynini sığalladı.
Bundan gözəli ola bilməz. Malikanədə oturub üzü-
müzü kremləyəcəyik, sonra da ürəyimiz istəyən qədər
qeybət eləyəcəyik. Səhəri gün onlar lança dəvətliydilər.
Ona qədər isə məclis yiyəsiylə Kruazet tərəfdəki barda
görüşüb birlikdə kokteyl içməliydilər. Maşından düşən-
də Dolli sürücüyə onların ardınca hara gəlməyi başa sal-

115
   110   111   112   113   114   115   116   117   118   119   120