Page 117 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 117
Seçilmiş əsərləri
halda, o, ispan axı kim idi? Culiya bir neçə gün sonra
onu kazinoda gördü. O, chemin de fe1 oynayırdı. İki-üç
tanışından onun kimliyini soruşdu. Amma onlardan biri
də onunla tanış deyildi. Beləcə o, Culiyanın yadında və
canında əbədi adsız qaldı. Gülməli bənzərlikdi – bu gü-
norta onu heyrətə gətirən o gəncin də adını Culiya bil-
mirdi.
“Əgər özlərini mənimlə belə sərbəst aparacaqlarını
təsəvvürümə gətirə bilsəydim, əvvəlcədən, heç olmasa,
onlardan vizit kartlarını istəyərdim”.
Bu fikirlə də şirin yuxuya getdi.
ON ÜÇÜNCÜ HİSSƏ
Culiya yatağında uzanıb yeni pyesi oxuyurdu. Sə-
hərlərdən birində kürsülü mərtəbədəki daxili telefondan
zəng gəldi ki, bəs mister Fennel adlı birisiylə danışmaq
istəyirdi? Ad tanış deyildi, elə “yox”, demək istəyirdi ki,
birdən bu Fennelin həmin macərasının gənc qəhramanı
ola biləcəyini düşündü. Maraq üstün gəldi və dedi ki,
onları calaşdırsınlar. Culiya onun səsini dərhal tanıdı.
O:
– Zəng eləyəcəyinə söz vermişdin, – dedi. –
Gözləməkdən bezib özüm zəng elədim.
– Bütün bu vaxtı iş-gücdən başım ayılmayıb.
– Səni haçan görəcəm?
– Boş vaxtım olanda.
– Bu günə vaxt məsələsi necədi?
– Günorta tamaşam var.
– Tamaşadan sonra çay içməyə gəl.
Culiya gülümsədi. (“Yox, balaca, sən məni ikinci
dəfə eyni qarmağa keçirdə bilməyəcəksən”.)
– Alınmayacaq. – dedi. – Mən axşam tamaşasınacan
həmişə teatrdakı otağımda qalıb dincəlirəm.
1 chemin de fe – azartlı kart oyunu (fran.)
117