Page 122 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 122
yam Somerset Moem
Culiya hələ Tomu smokinqdə görməmişdi. Oğlan
əsgər düyməsi kimi işım-işım yanırdı. Ortaboylu olsa da,
arıqlığı onu hündür göstərirdi. Özünü dünyagörmüş və
kübar bir məxluq kimi göstərmək istəsə də sifariş ver-
mək məqamı gələndə onun ofisiant qarşısında karıxıb
qalmasından Culiya bərk təsirləndi. Onlar rəqs eləməyə
qalxdılar. Oynamağı elə də bacarmırdı, amma Culiya
üçün bu naqolay hərəkətlərin özündə də məxsusi bir ca-
zibədarlıq var idi. Culiyanı tanıyırdılar və ona elə gəlirdi
ki, Tom onun şöhrətinin şüalarında yuyulmaqdan həzz
alır. Bir gənc cütlük rəqslərini bitirib salamlaşmaq üçün
onların stoluna tərəf gəldi. Onlar aralanandan sonra
Tom soruşdu:
– Bunlar ledi və lord Dennorantlar deyilmi?
– Hə, mən Corcu o, hələ İtonda oxuduğu vaxtlardan
tanıyıram.
Tomun baxışları onları izlədi.
– Onun qızlıq adı ledi Sesili Loustondu, eləmi?
– Xatırlamıram. Doğrudan?
Culiya üçün bu, maraqlı deyildi. Bir neçə dəqiqədən
sonra başqa cütlük yanlarından keçdi.
– Bu ki ledi Lepardı.
– O kimdi?
– Məgər xatırlamırsan? Bir-iki həftə əvvəl onlar
şəhərətrafı evlərində – Çeşirdə böyük ziyafət təşkil elə-
mişdilər. Orada prins Uelski şəxsən özü iştirak eləmişdi.
Bu haqda “Müşahidəçi”də də yazmışdılar.
Hə məlum oldu bu xəbərləri haradan toplayırmış.
Zavallı uşaq! Amma o, hərdən-hərdən haqlarında qəzet-
lərdə oxuduğu bu adlı-sanlı cənabları teatrda və resto-
ranlarda dipdiri də görürdü. Əlbəttə, o, çox məmnun idi.
Romantika. Əgər bir bilsəydi, onlar hamısı necə də əttö-
kəndi. İllüstrasiyalı qəzetlərə fotoları həkk olan insan-
larla fikrini məşğul etməsi Tomu Culiyanın nəzərində
həddən ziyadə sadəlöhv gəncə çevirdi. Və o, nəvazişlə
stolun bu başından ona baxdı.
122