Page 125 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 125
Seçilmiş əsərləri
yaşından başlayaraq xeyli qadınla gəzib. Ondan ötrü
əsas əlaqənin necəliyi idi, kimliyi elə də əhəmiyyətli de-
yildi. O, cinsi əlaqəni dünyanın ən böyük ləzzəti hesab
eləyirdi. Və Culiya nədən onun belə sevildiyinin səbə-
bini yaxşı başa düşürdü. Onun arıqlığının özündə də
cazibə var idi. Bir dəri bir sümükdü, yəqin, elə ona
görədi ki, kostyum əynində belə yaxşı oturur. Onun
sütüllüyü və təravəti heyranedicidi. Ona baxıb təsirlən-
məmək mümkün deyil. Hələ onun həyasıyla həya-
sızlığının vəhdətinə gəlincə, bunun əvəzi yox idi. Qəribə
də olsa qadına yalnız bir məqsədlə, tez onu çarpayıya
yıxmaq məqsədiylə baxmaqdan xoşlanır.
“Hə, dayanmadan seks – onun silahı bax, budur”.
Culiya anlayırdı ki, özünün belə ürəyəyatımlığına
görə Tom yalnız cavanlığına borcludur. Yaş ötdükcə
quruyacaqdı, sümüyü çıxacaqdı, yorğun çöhrəsi qırış-
ların işğalına məruz qalacaqdı, gözəl al yanağı pörtlə-
şəcəkdi, zərif dərisi saralıb solacaqdı. Bu gözəlliyin əbədi
olmaması hissi Culiyanın Toma nəvazişini daha da
artırırdı. Tomun varlığı ona, nədənsə, qəribə bir qüssə
gətirirdi. O, həmişə gəncliyə xas yüksək əhvali-ruhiy-
yədə olurdu və Culiya onun bu şənliyini acgözlüklə,
eynən pişik balası qabındakı südü yalayan kimi canına
çəkirdi. Amma o, adamı əyləndirməyi bacarmırdı. Culi-
ya məzəli bir şey danışanda gülürdü, amma başqasını
güldürmək üçün özü məzəli bir şey danışa bilmirdi.
Tomun darıxdırıcı olmasından darıxmırdı, əksinə, bu,
onun əsəblərini sakitləşdirirdi. Heç vaxt özünü onun ya-
nında olduğu qədər rahat hiss eləməmişdi, hazırcavab-
lığa gəlincə, Culiyada olanlar ikisinə də xirtdəyəcən bəs
edərdi.
Ətrafdakılar hamısı bir ağızdan Culiyanın on il
cavanlaşdığını, hələ heç vaxt belə oynamadığını deyib
durmuşdu. Culiya bu deyilənlərlə razılaşırdı və səbəbi
də bilirdi. Amma sayıq olmalıdır. Başını itirməməlidir.
125