Page 130 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 130
yam Somerset Moem

“saxlamağa” razı olsaydı, böyük iltifat göstərmiş olardı.
Çatışmayanı da bir yerdə gedib alardılar. Şəxsi mənzilə
sahib olmaq fikri Tomu çox şirnikləndirirdi, amma bunu
arzulamağa da dəyməzdi, çünki tələb olunan ən xırda
vəsait belə onun cibinə görə deyildi. Culiya da bunu
bilirdi. Onu da bilirdi ki, əgər Toma öz pulunu təklif
etsə, o, çaşqınlıq içində razılaşmayacaq. Amma ona elə
gəlirdi çay sahilində, dəbdəbəli şəhərətrafı evdə keçirə-
cəkləri bayram ovqatlı bu iki həftədə onun tərəd-
düdlərini yoluna qoya biləcək. Culiya bu təklifinin onu
necə sevindirdiyini artıq xəyalən görürdü və şübhə elə-
mirdi ki, razılıq verməklə ona xidmət göstərdiyini han-
sısa bir yolla Toma inandıra biləcək.

“İstədiklərini eləmək üçün insanlara əsas yox,
bəhanə lazımdı”.

Culiya belə düşünürdü.
İndi o, Teplouda həyəcanla Tomu gözləyirdi. Səhər
onunla çay qırağında gəzişib, günorta parkda yanaşı
oturmaq necə xoş olacaq! Culiya qəti qərara almışdı ki,
Rocer gələndə Tomla arasında heç bir axmaqlıq olmaya-
caq. Bu, sadəcə, abır-həyanın tələbi idi. Amma Tomla,
təxminən, bütün günü bir yerdə olmağın özü elə ilahi
bir hiss idi! Culiyanın günorta tamaşaları olanda isə
Tomla Rocer bir şey tapıb başlarını qatacaqdı.
Amma hər şey heç də o gözlədiyi kimi olmadı.
Rocerlə Tomun belə dostlaşacağı Culiyanın ağlına da
gəlməzdi. Onların arasında beş il fərq var idi və Culiya
hesab eləyirdi ki, – amma, doğrusu, o, ümumiyyətlə, bu
haqda düşünməmişdi – Tom Rocerə çox əziz bir uşaq
kimi baxacaq. Amma, əlbəttə ki, Tom onunla yaşına
uyğun davranacaq: hardasa, elə bil, hamının buyruq-
çusu olan uşaqdan bezəndə onu özüylə oynamağa
göndərirlər. Rocerin on yeddi yaşı yenicə tamam ol-
muşdu. O, sarımtıl saçlı və göygözlü xoşsifət bir yeniyet-
məydi. Onun cazibədarlığı da elə bu iki cizgidən ibarət

130
   125   126   127   128   129   130   131   132   133   134   135