Page 133 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 133
Seçilmiş əsərləri

büsbütün girə bilmədiyi bir rolu oynayır. Culiyada belə
bir narahat hiss vardı ki, oğlu bütün bu insanları olduq-
ları kimi qəbul eləmir, onları kənar gözlə soyuqqanlılıqla
qınayır. Culiyada belə təsəvvür yaranmışdı ki, oğlu onla-
ra ciddi yanaşmır.

Tomla Teplouya gələn həftə gəlməyi danışmışdılar
və Culiya tamaşadan sonra onu öz maşınında bura
gətirdi. Aylı bir gecəydi. Bu vaxtlar yol da boş olur. Bu
lap nağıl gecəydi. Culiya istəyirdi ki, bu gecə əbədi
davam etsin. Culiya ona sığınmışdı, Tom ara-sıra qaran-
lıqda onu öpürdü.

– Xoşbəxtsənmi? – Culiya soruşdu.
– Əlbəttə.
Maykla Roceri mətbəxdə şam yeməyi gözləsə də,
onlar artıq uzanmışdılar. Hər tərəfdə hökm sürən sükut
Tomla Culiyada belə hiss yaratmışdı ki, sanki, onlar bura
ev sahiblərinin icazəsi olmadan giriblər. Elə bil, onlar iki
qərib kimi gecənin zülmətindən yad bir evə düşüb bu-
rada onlar üçün açılmış dəbdəbəli süfrə aşkar etmişdilər.
Lap “Min bir gecə” nağıllarında olduğu kimi. Culiya
Toma onun Rocerlə yanaşı olan otağını göstərib yatmağa
getdi. Səhəri gün Culiya yuxudan gec oyandı. Gözəl bir
gün idi. Bütün gününü Tomla bir yerdə keçirsin deyə,
Culiya şəhərdən heç kimi dəvət etməmişdi. Geyinəndən
sonra onunla çaya gedəcəkdi. Culiya səhər yeməyini
yeyib vanna qəbul etdi. Gəzinti üçün yaxşı yarayan ağ
yüngül donunu geyinib, sifətini daha da açan qırmızı
həsirdən olan enli şlyapanı başına qoydu. Demək olar
ki, boyadan istifadə etmədi. Güzgüyə baxıb razılıqla
gülümsədi. O, doğrudan da, çox cavan və təravətli
görünürdü. Asudə yerişlə bağçaya tərəf getdi. Suya sarı
düşəndə Mayklı gölməçənin yanında dayanan gördü.
Onun dörd bir yanını bazar gününün qəzetləri
tutmuşdu. Maykl tək idi.
– Elə bilirdim ki, sən qolf oynamağa getmisən.

133
   128   129   130   131   132   133   134   135   136   137   138