Page 137 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 137
Seçilmiş əsərləri

haldı. Onların fikrincə, mənim kimi bir qoca oyunu an-
caq korlaya bilər. Hər halda, əsas odur ki, onlara yaxşı
olsun.

Culiya hiss elədi ki, vicdan əzabı çəkir. Maykl na-
siranə, məqsədli, özündənrazı məxluq olsa da, həddən
artıq xeyirxah idi. Və bir də qəti xudbin insan deyildi!
O, paxıllıq nə olduğunu bilmir. Başqalarını sevindirəndə
– əlbəttə, əgər bu, pul tələb eləmirsə, – özü də sevinir.
Culiya Mayklı başdan-ayağacan oxuya bilirdi. Onun
bütün fikirləri bəsit idi, buna şəkk-şübhə ola bilməz,
amma digər tərəfdən o fikirlər həddi aşmırdılar. Mayk-
lın bu ləyaqətinin onun məhəbbətini oyatmaq əvəzinə,
canını sıxması Culiyanı özündən çıxarırdı.

– Əzizim, sən məndən min qat yaxşısan, – dedi.
Maykl özünün dostcanlı, şirin təbəssümüylə başını
yellədi.
– Yox, əzizim, sadəcə, mənim gözəl profilim var idi,
amma sən təpədən-dırnağacan istedadsan.
Culiya güldü. Məsələnin nədən getdiyini heç vaxt
anlamayan birisiylə danışmaq, doğrudan da, məzəlidir.
Amma maraqlıdır, görən, aktyor istedadından danı-
şanda nəyi nəzərdə tuturlar.
Məhz nəyin onu başqa aktyorlardan bir baş yuxarı
eləməsinin səbəbini Culiya tez-tez özündən soruşardı.
Karyerasının ilk illərində onu istəməyənlər çox idi. Onu,
əlbəttə, əleyhinə olmaqla yalnız publikanın rəğbətini
qazanmaqla kifayətlənən aktrisalarla müqayisə edir-
dilər. Amma artıq çoxdan idi ki, heç kim ondan qələbə
çələngini almağa iddia etmirdi. Amma, bununla yanaşı,
təbii ki, kino ulduzları qədər məşhur deyildi. Culiya
özünü kinoda da sınadı, amma uğur qazanmadı. Səh-
nədə bu cür iradəli və hərəkətli görünən sifəti, nədənsə,
ekranda uduzurdu. Və elə ilk cəhddən sonra o, Mayklın
məsləhətilə hərdən-hərdən kinoyla bağlı təklifləri rədd
etdi. Kinoya çəkilmək? Yox, bu, onun səviyyəsindən

137
   132   133   134   135   136   137   138   139   140   141   142