Page 142 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 142
yam Somerset Moem
rirdi. Culiyanın ürəyi əzabdan qovrulurdu. Ona elə gə-
lirdi ki, Tomun davranışı qəribə şəkildə dəyişib. Rocerlə
bu yaxınlıq onu öz zahiri görkəminə fikir verən,nə
geyinməli olduğunu ölçüb-biçən kübar insandan dəcəl
yeniyetməyə döndərmişdi. Onun məşuqu olduğunu
Tom hansısa bir işarəylə, yaxud baxışla belə yada sal-
mırdı, o, Culiyaya, sadəcə, dostun anasına olan münasi-
bəti göstərirdi. Culiyanın sözünə elədiyi hər düzəlişiylə,
ədaları, hətta özünün ən isti nəvazişiylə belə Tom ona
başqa nəslə mənsubluğunu hiss elətdirirdi. Ona qarşı
rəftarında gənc insanın təravətli qadına olan alicanab-
lığından əsər-əlamət belə yox idi. Bu xəsis mərhəməti ki
Tom ona qarşı nümayiş elətdirirdi, olsa-olsa, qoca dul
xalaya göstərmək olardı.
Culiyanı hiddətləndirən Tomun özündən yaşca ba-
laca birisinin quyruğuna düşməsi idi. Bu, onun xarak-
tersizliyindən xəbər verirdi. Amma Culiya onu yox,
Roceri günahlandırırdı. Oğlundakı xudbinlik onda ikrah
oyadırdı. Hər şeyi cavanlığın üstünə yıxmaq çox gözəl
bəhanədi. Onun öz kefindən başqa hər şeyə laqeydliyi
özünə sonsuz sevgisindən xəbər verirdi. O, nəzakətli və
diqqətcil deyil. Özünü elə aparır ki, sanki, bu ev, bu qul-
luqçu, bu ana və bu ata yalnız onun rahatlığı üçündü.
Culiya neçə dəfə açılmaq istəmişdi, amma ona Tomun
yanında nəsihət verməyə cürət eləməmişdi. Həsəd
aparılası rol deyil. Həm də Roceri azca acılayan kimi çox
incik görkəm alırdı, gözləri yaralı ceyranın gözlərinə
oxşayırdı, sən də hiss edirdin ki, ona qarşı ədalətsiz və
qəddar olmusan. Onda Culiya tamam halsızlaşırdı. Bu
jestləri özü də bilirdi, bu baxışlar Rocerə elə anasından
keçmişdi. Culiya səhnədə bu baxışlara eyni effektlə min
dəfələrlə müraciət eləmişdi və yaxşı bilirdi ki, bu, adi bir
şeydi. Amma bu baxışlar oğlunun gözündə görünəndə
Culiya dəhşətli dərəcədə kədərlənirdi. Hətta oğlunun
kədərlənə biləcəyi barədə fikirləşmək belə onun ürəyinə
142