Page 144 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 144
yam Somerset Moem
şama gözləyirdi. Çox gözəl bir şam idi. Qulluqçular da
artıq uzanmışdılar və odur ki, öz-özlərinə qulluq elə-
dilər. Culiya nəzərləriylə sezdi ki, Tom Dennorantların
istədikləri hər şeyin yerli-yerində olması üçün dəridən-
qabıqdan çıxır, onların qulluğunda durmaqdan həzz
alır. Onun bu nəzakəti az qala sırtıqlıq kimi görünürdü.
Gənc, sadə bir cütlük olan Dennorantların ağıllarına belə
gəlmirdi ki, onların titulu kimin üçünsə nəsə əhəmiyyət
kəsb eləyə bilər. Odur ki, süfrəyə başqa yemək gələndə
Tom ondan çirkli qabı alıb təmizini uzadanda Corc Den-
norant əməlli-başlı utandı.
“Belə görürəm, sabah Rocerin qolf oynamağa adamı
olmayacaq”. Culiya ürəyində fikirləşdi.
Onlar saat üçə qədər söhbətləşdilər. Ona gecənin
xeyirini diləyəndə Culiya sezdi ki, Tomun gözləri işım-
işım yanır: amma ona olan məhəbbətdənmi, yoxsa şam-
panın təsirindənmi? Bax, burasını bilmədi. Tom
Culiyanın əlini sıxıb ucadan:
– Qiyamət gecədi, – dedi.
Culiya orqandidən1 olan libasında bağa çıxıb gözəl-
liyinin bütün təravətiylə bərq vuranda artıq səhərdən
xeyli keçmişdi. Rocer əlində kitab bağda oturmuşdu.
Culiya, həqiqətən də, çox gözəl kirpiklərini qaldırıb
soruşdu:
– Kitab oxuyursan? Bəs qolf niyə oynamırsınız?
Rocer pərt görkəm almışdı.
– Tom deyir, həddən artıq istidi.
Culiya heyranedici təbəssümlə:
– Doğrudan? – dedi. – Mən də elə bilirdim, sən qo-
naqlarımın başını qatmaq üçün evdə qalmağı özünə
borc bilmisən. Xeyli adam gələcək, amma biz sənsiz də
keçinə bilərik. Bəs o birilər hanı?
– Bilmirəm. Tom Sesil Dennorantın dalınca sülənir.
– O, çox gözəldi.
1 orqandi – kobud ilməli nazik pambıq parça
144