Page 148 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 148
yam Somerset Moem
mişdi. Əgər istədiyi vaxt bu azadlığa qovuşmaq imkanı
hələ varsa, deməli, ondan ötrü bu dünyada qorxmalı ol-
duğu nəsə yoxdu.
İkinci həftə də belə keçdi. Maykl, Rocer və Tom
yaşamaqdan həzz almaqla məşğul idilər. Çimirdilər, ten-
nis, qolf oynayırdılar, çay kənarında gəzişirdilər. Dörd
gün qaldı. Üç gün qaldı.
(“Hə, indi sonacan tab gətirə bilərəm. Londona
gələndə hər şey dəyişəcək. İndi necə bədbəxt olduğumu
üzə vurmamalıyam. Özümü elə göstərməliyəm ki, bəs
hər şey qaydasındadı”.)
Maykl:
– Havanın bu yaxşı tikəsini udmaq sarıdan bəxtimiz
gətirdi, – dedi. – Tom da hamıya xoş təsir bağışladı, elə-
mi? Heyif ki, daha bir həftə bizimlə qala bilmir.
– Hə, çox heyif.
– Fikrimcə, ondan Rocerə də yaxşı yoldaş olar.
Tamamilə normal, əsl gənc ingilisdi.
– Hə, elədi, tamamilə düzdü. (“Ay səni, səfeh! Ay
səni, səfeh!”)
– Onların necə yediyinə baxmağın özü adama xoş
gəlir.
– Hə, iştahlarına söz ola bilməz. (“İlahi, lap istəyir,
yeməkdən boğulsunlar!”)
Tom bazar ertəsi ən ertə qatarla Londona qayıt-
malıydı. Şəhərətrafı Bornendə evləri olan Deksterlər
onları bazar günü üçün hamılıqla lança dəvət etmişdilər.
Ora mühərrikli qayıqda getməyi nəzərdə tutmuşdular.
İndi Tomun məzuniyyətinin bitdiyi ərəfədə Culiya öz
hiddətini bir kərə də büruzə vermədiyinə görə özündən
razı idi. Ona nə əzab verdiyini Tomun ağlına belə gətir-
mədiyinə əmin idi. Bir az güzəştə getməyi də bacarmaq
lazımdı. Ona qalsa, Tom olsa-olsa, hələ bir oğlan uşağıdı
və dərinə getsən, Culiya onun anası yerindədir. Əlbəttə,
148