Page 152 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 152
yam Somerset Moem

bilsin, onlar qayıdanda Rocerlə bir-birlərinə gecənin
xeyrini dilədikdən sonra Tom bir yolla onun otağına
keçəcək. Əgər belə eləsə, Culiya hər şeyi ona bağışlayar.
Məktub da, yəqin, bufetin üstündədir. Ehmalca aşağı
düşüb onu oradan almaq elə də çətin məsələ deyil. Nə-
hayət, maşın gəldi. Culiya saata baxmaq üçün işığı yan-
dırdı. Üç idi. Cavanların qalxıb öz otaqlarına keçdiyini
eşitdi. Culiya gözləyirdi. Gecə lampasını yandırdı ki,
Tomu içəri girəndə görə bilsin. Özünü yatmış kimi gös-
tərəcək, o, pəncəsi üstə ehmalca ona yaxınlaşanda ağır-
ağır gözlərini açıb Tomun üzünə güləcək. Culiya
gözləyirdi. Gecənin səssizliyində o, Tomun necə yerinə
girib işığı keçirdiyini eşitdi. Bir dəqiqə gözünü bir nöq-
təyə zilləyib baxdı, sonra çiyinlərini çəkib çarpayının ya-
nındakı dolabın rəfini çəkdi, yuxu dərmanından iki
tablet götürdü.

“Əgər yuxuya getməsəm, dəli olaram”.

ON BEŞİNCİ HİSSƏ

Culiya oyananda saat on ikiydi. Məktubların ara-
sında poçtla gəlməyəni də var idi. Tomun səliqəli, aydın
xəttini tanıyıb zərfi açdı. Gözünə dörd funtdan və on
şillinqdən başqa bir şey dəymədi. Culiyanın başı yün-
gülcə fırlandı. O, təhqiramiz hədiyyəsinə və istehzalı
məktubuna nə cavab gələcəyini özüyçün təxmin eləmə-
mişdi. Tomun bu hədiyyəni, sadəcə, qaytara biləcəyi
ağlına belə gəlməmişdi. Culiya dünən həyəcanlı və dil-
xor idi, onu alçaltmaq, ağrıtmaq istəyirdi, amma indi
əndazəni aşdığına görə qorxurdu.

“Ümidvaram, qulluqçuya çaypulu verib”. Culiya
özünə ürək-dirək vermək üçün dilinin altında mızıl-
dandı. Sonra çiyinlərini çəkdi. “Heç nə olmaz, ağlı başı-
na gələr, mənim hərdən sancmağı da bacardığımı
bilməsi zərərinə olmaz”.

152
   147   148   149   150   151   152   153   154   155   156   157