Page 150 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 150
yam Somerset Moem

– Bəs siz necə qayıdacaqsınız ?
– Narahat olma, hər şey qaydasında olacaq. O
adamlardan biri bizi maşınla gətirib evə atacaq.
Culiya mağmın-mağmın oğluna baxdı. Nə əsasla
etiraz etsin?
– Yaxşıca şənlənəcəyik, ana. Tom getməyi yaman is-
təyir.
Ürəyi qopub düşdü. Oğlunun dərsini verməkdən
özünü zorla saxlaya bildi.
– Yaxşı, əzizim. Amma çox gecəyə qalma. Unutma
ki, Tom hava işıqlanan kimi qalxmalıdır.
Bu vaxt onlara yaxınlaşan Tom da Culiyanın son
sözlərini eşitdi. Və soruşdu:
– Siz, doğrudan, etiraz eləmirsiniz?
– Əlbəttə. Ümidvaram, orada vaxtınızı yaxşı keçirə-
cəksiniz.
Culiya şən baxışlarla gülümsəsə də, amma gözlə-
rində bumbuz parıltı işarırdı.
Qayığa oturanda Maykl:
– Mən oğlanların bizi qoyub getməsinə şadam, –
dedi. – Bəlkə də, min ildi, sənlə təklikdə qalmamışıq.
Culiya Maykla gic-gic danışmamağı məsləhət gör-
məkdən özünü zorla saxladı. İçinin hiddəti boğazınacan
qalxmışdı. Bu, son damlaydı. Tom bu iki həftəni onu
görmədən keçirmişdi, hətta ona qarşı adi bir nəzakət də
göstərməmişdi, amma Culiya özünü əsl mələk kimi
aparmışdı. Bu dözüm hansı qadında ola bilərdi? Onun
yerində bir başqası olsaydı, özünü belə həyasız aparan
birisini çoxdan rədd eləmişdi. Xudbin, dəli, qaba – bütün
bu adlar onun boyuna biçilib. Heyif ki, sabah özü öz
xoşuyla çıxıb gedir. Onu bütün əşyalarıyla birlikdə necə
məmnuniyyətlə qapıdan çölə atardı. Dərisi qara qəpiyə
dəyməyən bu xırda adam onunla belə rəftara necə cürət
eləmişdi?! Şairlər, Nazirlər Kabinetinin üzvləri, İngiltə-
rənin başbilənləri onunla birlikdə şam etmək üçün ən

150
   145   146   147   148   149   150   151   152   153   154   155