Page 155 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 155
Seçilmiş əsərləri

Toma sevgisini etiraf etmişdi. Yanına gəlməsi üçün
Toma belə alçaldıcı tərzdə yalvarmasına görə içini gə-
mirirdi. Bu vaxtacan Tom ona çatmağa can atırdı, indi
rolların bu cür dəyişməsi ona dözülməz görünürdü.

Culiya çərşənbə axşamının günorta tamaşasında
çox pis oynadı. Dəhşətli isti var idi və publika tamaşanı
güclə həzm eləyirdi. Culiya üçün fərqi yox idi. Ürəyinə
min cür pis-pis fikirlər gəlirdi. Bu halda pyesinmi fər-
qində olacaq?! (Ümumiyyətlə, belə bir gündə teatrda nə
iti azıb axı?) Tamaşa bitəndə sevindi.

Eviyə:
– Mən mister Fenneli gözləyirəm, – dedi. – İstəmi-
rəm ki, o yanımda olanda kimsə məni narahat eləsin.
Evi dinmədi. Culiya ona baxdı. Evi çox qaşqabaqlı
idi.
(“Cəhənnəm olsun. Nə fikirləşirsə, özü bilsin!”)
Tom artıq bu vaxt gəlib çıxmalıydı. Saat altını
göstərirdi. O gəlməyə bilməzdi, axı söz vermişdi. Culiya,
adətən, qrimləndiyi vaxt geyindiyi o köhnəni yox, tünd
qırmızı ipəkdən olan kişi xalatını əyninə keçirdi. Evi
hələ də Culiyanın şey-şüylərini yığa-yığa qalmışdı.
– Tanrı xətrinə, Evi, əl-ayağa dolaşma. Mən tək qal-
maq istəyirəm.
Evi cavab vermədi. O, sanki, özündən asılı olmadan
qrim stolunun üstünə əşyaları Culiyanın həmişə xoşla-
dığı qaydada düzə-düzə qalmışdı.
– Lənət şeytana, səninlə danışana niyə cavab ver-
mirsən?
Evi dönüb Culiyaya baxdı. Barmağıyla fikirli-fikirli
burnunu sildi.
“Ola bilsin, siz, doğrudan da, böyük aktrisasız, am-
ma...”
– Cəhənnəm ol!
Culiya səhnə qrimini yuyub, demək olar ki, üzünə
boya çəkmədi, yalnız gözünün üstünü azca göyərtdi.

155
   150   151   152   153   154   155   156   157   158   159   160