Page 160 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 160
yam Somerset Moem

tamam itirmişdi və nə baş verdiyini anlamırdı. Təx-
minən hiss olunmayan bir hərəkətlə Culiya bütün bədə-
niylə ona qısıldı və qolları da, sanki, özündən xəbərsiz
onun boynuna dolandı. O, Tomun ağuşuna tamam
ölmüş kimi olmasa da, hər halda, bütün gücü, enerjisi
canından çıxmış bir məxluq kimi sığınıb qalmışdı. Tom
ağzında Culiyanın göz yaşlarının duzlu tamını hiss
elədi. Nəhayət, Culiya yumşaq qolları hələ də onun boy-
nundan asılı halda arxası üstə yorğun-yorğun divana
yıxıldı. Tom onun dodaqlarından öpdü.

İyirmi beşcə dəqiqədən sonra bu toxtaq və şən,
yalnız bir balaca qızarmış bu qadına baxan adamın
ağlına belə gəlməzdi ki, cəmi bir az əvvəl o, acı-acı
ağlayırmış. Hər ikisi adama bir badə sodalı viski içib, bir
siqaret çəkib, indi də nəvazişlə, bir-birlərinə baxa-baxa
qalmışdılar.

“O, ürəkdi”. Culiya belə düşündü.
Sonra ağlına gəldi ki, Toma bu gün məmnunluq
gətirə bilər.
– Bu gün hersoq və hersoginya Rikbilər tamaşada
olacaqlar. Sonra birlikdə “Savoy”da şam yeməyinə
gedəcəyik. Sən, yəqin, bizimlə bir yerdə olmaqdan təəs-
süflənməzsən. Mən kavalersizəm.
– Əgər sən istəyirsənsə, məmnuniyyətlə gələrəm.
Yanaqlarında əmələ gələn qızartı onun belə yüksək
zümrənin insanlarıyla görüşmək imkanı qazanmaqdan
necə həyəcanlandığını aydın büruzə verirdi. Culiya daha
ona demədi ki, həmin cütlük başqasının hesabına yeyib-
içmək üçün hara desən getməyə hazırdı. Tom Culiyanın
hədiyyələrini geri aldı, düzdü utana-utana aldı, amma
aldı. Gedəndən sonra Culiya qrim stolunun arxasında
əyləşib güzgüdə özünə baxdı.
“Yaxşı ki, ağlayanda gözlərim şişmir”. Culiya ürə-
yində özüylə danışıb azca qaşlarını masaj elədi, sonra

160
   155   156   157   158   159   160   161   162   163   164   165