Page 163 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 163
Seçilmiş əsərləri

Tom güzgüdə Culiyanın əksini görüb çevrildi və bir
kəlmə də söz demədən cəld hərəkətlə ağı onun üstünə
çəkdi. Culiya onu incə təbəssümə qonaq eləsə də, içində
hər şey alt-üst oldu. Nə məsələdi, qorxur ki, ona soyuq
dəyər, yoxsa bütün ingilislərə xas həyalıqla onun
çılpaqlığından heyrətlənib? Amma, bəlkə, indi gənclik
ehtiyacları ödəndikdən sonra, sadəcə, bu qoca bədənə
baxmaq onda ikrah hissi yaradır? Evinə qayıtdıqdan
sonra Culiya təzədən güzgünün qarşısında anadan-
gəlmə olub diqqətlə özünü müşahidə etdi. Qərar verdi
ki, özünə qəti yazığı gəlməsin. Boynuna baxdı, yaşından
əsər-əlamət belə yoxdu, xüsusən də buxağını yuxarı tu-
tanda. Döşü lap qız döşü kimi xırda və bərkdi. Qarnı
yastıdı, baldırları enli deyil, piyi də lap azcadı. Bir də ki,
piy kimdə yoxdu? Miss Filippeyə tapşırar, o da onları
tamam yox eləyər. Heç kim deyə bilməz ki, onun ayaq-
ları pisdi: uzun, biçimli, gözəl görünüşlü. Culiya əlini
bütün bədəni boyu gəzdirdi: dərisi ipək kimidi, nə bir
çili, nə də çızığı var. Əlbəttə, gözünün altında artıq bir
neçə qırış özünə yol aça bilib, amma onları görmək üçün
gərək çox diqqətlə baxasan. Soruşub öyrənmək lazımdı,
deyirlər, bəs plastik cərrahiyyə deyilən bir şey var ki,
onun köməkliyilə qırışlardan tamam yaxa qurtarmaq
mümkündü. Xoşbəxtlikdən saçları qəti ağarmır. Nə
qədər yaxşı rəngləsən də, boyalı saçlar sifəti kobud-
laşdırır. Saçları indiyəcən o təravətli tünd-şabalıdı rən-
gini qoruyub saxlaya bilib. Dişləri də yerli-yerindədir.

“Həmin bu hərəkəti Tomun həddən ziyadə
həyalılığından xəbər verirdi. Olan bu idi, vəssalam”.

Və həmin gündən Culiya özünü Tomun həyat
anlayışına uyğun aparmağa çalışdı.

Culiya davranışlarıyla elə ad qazanmışdı ki, Tomla
ictimai yerlərdə peyda olmağı özünə qəti təhlükə
saymırdı. Gecə klublarına getmək onun üçün yenilik idi,
o, bu hərəkətlərindən həzz alırdı. Və olduğu hər yerdə

163
   158   159   160   161   162   163   164   165   166   167   168