Page 161 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 161
Seçilmiş əsərləri

sözünün davamı gəldi. “Hər halda, bu kişi tayfası necə
də ağılsızdı!”

Culiya xoşbəxt idi. İndi hər şey yaxşı olacaq. O,
Tomu yenidən geri ala bildi.

Amma onu belə asanca aldada bildiyinə görə
haradasa ürəyinin dərin yerində Toma qarşı zəif də olsa,
bir nifrət hiss etdi.

ON ALTINCI HİSSƏ

O inciklik naməlum bir şəkildə onları bir-birindən
ayıran sədləri aşırıb Tomla Culiyanı daha da yaxın-
laşdırdı. Yenidən mənzil məsələsi söhbətini salanda Tom
heç də Culiya gözlədiyi kimi müqavimət göstərmədi.
Sanki, barışıqdan sonra Culiyanın hədiyyələrini geri
alıb, borcu unutmağa söz verən Tom vicdan məsələsi
sarıdan lal-kar olmuşdu. Mənzili qurmaq necə də
maraqlıydı! Sürücünün arvadı mənzili yığışdırıb Toma
səhər yeməyi hazırlayırdı. Culiyanın da ayrıca açarı
vardı, hərdən o mənzilə təşrif buyurub Tom idarədən
qayıdanacan qonaq otağında oturub yolunu gözləyirdi.
Həftədə üç dəfə birlikdə harasa yeməyə gedirdilər, rəqs
eləyib taksidə bu mənzilə qayıdırdılar. O vaxt səhnədə
gedən pyes də uğur qazanmışdı. Culiya özünü gənc və
enerjili hiss eləyirdi. Rocer miladda gəlməliydi, amma
cəmi iki həftəni evdə keçirib, sonra Vyanaya gedəcəkdi.
Culiya başa düşürdü ki, Rocer yenidən Toma sahib
çıxacaq. Amma qərara aldı ki, buna görə dilxor olmasın.
Gəncliyin gəncliyə can atması təbii bir şeydi. Odur ki,
onların başının bir neçə gün bir-birinə qarışacağı
səbəbindən Tom Culiyanı tamam unudarsa belə, buna
görə həyəcanlanmağa heç bir əsas yoxdu. İndi o,
tamamilə Culiyanın əlindəydi. Tom Culiyanın məşuqu
olmağından qürur duyurdu, bu onda özünəinam hissi
aşılayırdı. Az və ya çox dərəcədə yüksək təbəqəyə mən-

161
   156   157   158   159   160   161   162   163   164   165   166