Page 162 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 162
yam Somerset Moem

sub insanlarla tanışlıq onu qürrələndirirdi. Bu isə yalnız
Culiya vasitəsilə mümkün idi. Tom yanğılı bir istəklə
yaxşı klublardan da birinə üzv olmaq istəyirdi və Culiya
bunun özülünü qoymuşdu. Çarlz heç vaxt nədəsə ona
etiraz etməmişdi və Culiya əmin idi ki, bu işə ayıq başla
girişsə, Tomu onun klublarından birinə üzv eləməyə razı
sala biləcək. Pulu kefinə uyğun xərcləmək də Tom üçün
yeni və gözəl bir duyğu idi. Culiya onun bu bədxərcli-
yini təqdir eləyirdi. Çünki ağlına yeritmişdi, bəs Tom bu
cür həyat tərzinə öyrəşəndən sonra anlayacaq ki, daha
onsuz, sadəcə, keçinə bilməz.

“Əlbəttə, bu, əbədi davam eləyə bilməz, amma hər
şey bitəndən sonra onun xatırlamağa nələrisə olacaq. Bu,
ona elə çox şeylər verəcək ki! Bu, onu əsl kişi eləyəcək”.
Culiya öz-özünə belə deyirdi.

Amma Culiya özünə bu əlaqələrin əbədi davam
etməyəcəyini desə də, əslində, həm də müəmma için-
dəydi. Niyə də yox? Vaxt ötdükcə Tom da böyüyəcək,
yaşlaşacaq, onlar arasında fərq də elə böyük görün-
məyəcək. On-on beş ildən sonra o, belə gənc olmayacaq,
Culiya isə qocalmaq niyyətində deyil. Birlikdə günləri
yaxşı keçər. Kişilər öz vərdişlərinin quludur və bu, onları
yanlarında saxlamaq üçün qadınlara kömək eləyir. Culi-
ya özünü ondan bir gün də böyük hiss eləmirdi və əl-
bəttə ki, Tom özü də aralarındakı yaş fərqi vecinə
deyildi. Doğrudur, bir dəfə Culiyaya müəyyən nara-
hatlıq gətirən hadisə baş vermişdi. Həmin gün Tom güz-
günün qabağında saçını darayırdı. Culiya isə onun
yatağında nə vaxtsa şəhərətrafı evlərdən birində gör-
düyü Tisianın Venerasının pozasında lüt anadangəlmə
uzanmışdı. Hiss eləyirdi ki, bu görkəmiylə qiyamət bir
şəkli təcəssüm eləyir və bu qəti inamla nəyisə dəyişmək
istəmirdi. O, xoşbəxt və razıydı.

“Əsl məhəbbət romanlarında olduğu kimi”. Belə
fikirləşdi və dodaqlarında ani, yüngül təbəssüm gö-
ründü.

162
   157   158   159   160   161   162   163   164   165   166   167