Page 157 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 157
Seçilmiş əsərləri

dum, başıma hava gələr. Anlamaq istədim. Bacarmadım.
Bacarmadım (“Hansı pyesdə belə demişəm?”).

– Bacarmadın? Sən hər şeyi çox gözəl anlayırsan.
Sən mənə acıqlıydın, ona görə də ürəyindən məni
cəzalandırmaq istəyi keçdi. İstədiyini də elədin. Özü də
mənimlə haqq-hesabı necə lazımdı, çəkdin! Sən öz hid-
dətini nümayiş eləmək üçün başqa vasitə tapa bilmədin?

– Niyə axı mən səni cəzalandırmalıydım? Nə
səbəbə? Niyə axı mən sənə hiddətlənməliydim?

– Ona görə ki, mən Rocerlə Meydnhedə, həmin
şənliyə getdim. Sən isə istəyirdin, evə qayıdam.

– Amma axı mən özüm dedim ki, gedəsiniz. Mən
sizə vaxtınızı yaxşı keçirməyi də arzuladım.

– Hə, əlbəttə, amma gözlərin hiddətdən alışıb-ya-
nırdı. Mən ora getməyə elə də həvəsli deyildim, amma
Rocer elə qızışmışdı ki... Mayklla, səninlə birlikdə şam
eləmək üçün ona dedim ki, yaxşısı budur, evə qayıdaq.
Qayıdıb dedi ki, bizim kefimizə soğan doğramaqdan siz
ikiniz yalnız həzz alacaqsınız. Odur ki, mən də boş şey-
dən hay-küy qalxmasını istəmədim. Sənin əsəbiləşdiyini
görəndə artıq qərarı dəyişmək gec idi.

– Mən heç də əsəbiləşməmişdim. Necə olub ki,
sənin ağlına belə bir fikir gəlib? Sizin şənliyə getmək istə-
yiniz tamam təbii bir şeydi. Məgər elə fikirləşirsən mən
sənin əylənməyinə razı deyiləm? Məgər mən heyvan-
zadam? Zavallı quzum, mənim qorxduğum ancaq bir
şey idi – orada darıxmayasan. Mən necə də arzulayırdım
ki, sən bu məzuniyyətini şən keçirəsən!

– Bəs onda niyə o kağızı yazıb, zərfə o pulu qoy-
dun? Bu, çox alçaldıcı idi.

Culiyanın səsi qırıldı. Dodaqları əsməyə başladı, o,
öz sifətinə nəzarəti itirdi. Tom pərt halda üzünü çevirdi.
O özü də istəmədən təsirlənmişdi.

– Öz pulunu mənim qulluqçularıma sərf eləyəcəyini
düşünmək mənə ağır gəlirdi. Bilirəm ki, sən elə də im-

157
   152   153   154   155   156   157   158   159   160   161   162