Page 154 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 154
yam Somerset Moem
– Doğrudanmı, səni təhqir eləmək istəmişəm? Sən
məni kifayət qədər yaxşı tanıyırsan, ona görə də anla-
malısan ki, belə bir şey mənim ağlıma belə gələ bilməz.
– Lap pis. (“Mənə lənət olsun”. Culiya düşündü)
Mən səndən o hədiyyələri almamalıydım, pulları borca
götürməməliydim.
– Nə dediyini başa düşmürəm. Burada nəsə bir
dəhşətli anlaşılmazlıq var. Tamaşadan sonra yanıma gə-
lərsən, hər şeyi aydınlaşdırarıq. Mən hər şeyi sənə izah
eləyərəm.
– Mən naharı valideynlərimlə keçirməyə gedirəm,
gecəni də onlarla qalacam.
– Onda sabah gəl.
– Sabah mən məşğulam.
– Mən səninlə görüşməliyəm, Tom. Biz belə ayrıla
bilmərik. Biz bir-birimizə çox yaxın olmuşuq. Məni din-
ləmədən necə ittiham eləyə bilərsən? Günahsız insanı
cəzalandırmaq ədalətsizlikdi.
– Elə bilirəm, bundan sonra görüşməsək, daha yaxşı
olar.
Culiya tamam özünü itirdi.
– Mən axı səni sevirəm, Tom. Mən səni sevirəm. İca-
zə ver, səni bir də görüm. Əgər sən əvvəlki kimi yenə
kinli olacaqsansa, onda neyləməli, bu kitabı bağlanmış
bilək.
Tomun sükutu sonsuzluğa qədər uzandı. Nəhayət,
cavab gəldi:
– Yaxşı, çərşənbə axşamı günorta tamaşasından son-
ra gəlib dəyərəm.
– Mənim haqqımda o qədər də pis fikirdə olma,
Tom.
Hər nəsə, əsas odur ki, o gələcək. Culiya onun geri
göndərdiklərini təzədən büküb Evinin gözündən kənar
bir yerdə gizlədi. Soyunub köhnə çəhrayı xalatını geyin-
di və qrimlənməyə başladı. Əhvalı çox pis idi, o, ilk dəfə
154