Page 151 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 151
Seçilmiş əsərləri
vacib görüşlərindən belə sevinclə imtina edərdilər, o isə
onu atıb oynamağı bacarmayan bir topa boyalı sarışınla
rəqs eləməyə yollandı. Aydın məsələdi ki, onda baş
deyilən şeydən əsər-əlamət belə yoxdu. Odur ki, hansı
minnətdarlıqdan danışmaq olar? Əynində ən son əski
parçasına qədər nə varsa, hamısı onun puluna alınıb.
Hələ qürrələndiyi bu portsiqara bax, məgər, hədiyyə
etməyibmi? Bəs üzük? Yox, yox, canını rahat qurtara
bilməyəcək, onunla mütləq haqq-hesab çəkiləcək. Hətta
yolunu da bilir. Onun zəif yerinə yaxşı bələddi. Onun ən
yaralı yerinə toxunacaq! Qisas planını düzüb qoşandan
sonra özündə bir qədər yüngüllük hiss elədi. Onu tez
icra eləmək üçün alışıb-yanırdı. Təzəcə gəlib evə çatmış-
dılar ki, dərhal özünün yataq otağına qalxdı, çanta-
sından dörd ədəd birfuntsterlinqlik əskinaz, bir ədəd də
on şillinq çıxardı. Və qısa bir qeyd yazdı:
“Əziz Tom.
Səhər səni görə bilməyəcəyim üçün xidmətçilərə
veriləsi pulları özün paylayarsan. Üç funt eşikağasına,
bir funt sənin kostyumlarını təmizləyib ütüləyən qul-
luqçuya, on şillinq də sürücüyə verərsən.
Culiya”.
Çağırıb tapşırdı ki, Eviyə sabah ertədən Tomu oya-
dan qulluqçu bu zərfi ona versin. Şam yeməyinə düşən-
də Culiya özünü kifayət qədər yaxşı hiss eləyirdi. Yemək
yedikləri vaxt Mayklla söhbətləşdi, sonra oturub kart
oynadılar. Əgər bütün bir həftə oturub başını sındır-
saydı belə, Tomu sancmaq üçün bundan yaxşısı ağlına
gəlməyəcəkdi.
Amma Culiya heç cür yuxuya gedə bilmədi. Yata-
ğında uzanıb Rocerlə Tomun yolunu gözləyirdi. Ağlına
gələn fikirdən yuxusu tamam qaçmışdı. Ola bilsin, Tom
özünü necə alçaq apardığını dərk edə bildi. Əgər, heç ol-
masa, bir saniyə bu haqda düşünsə, onu necə məyus et-
diyini anlayar və peşmançılıq hissi keçirər. Odur ki, ola
151