Page 147 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 147
Seçilmiş əsərləri
qəşş edirdilər, böyürlərini tuturdular, kəsilmək bilmə-
yən qəhqəhələrdən boğulurdular. Ola bilsin, bu, onun
ən yaxşı tamaşasıydı. Çünki bu tamaşanı Culiya yalnız
onun üçün – Tom üçün oynayırdı.
Maliyyə naziri:
– Mən Sara Bernarı da, Rejanı1 da görmüşəm, –
dedi. – Mən Duzeni də, Ellen Terrini də, missis Kendeli
də görmüşəm. “Nunc Dimittis” (Günahların bağışlanma
zamanı – italyanca). Sən onlara layiq ola bildin.
Culiya bərq vura-vura özünü kresloya yıxıb şam-
pan badəsini birnəfəsə başına çəkdi.
“Əgər Rocerin rahatlığını pozmadımsa, mənə lənət
olsun”. Culiya ürəyində fikirləşdi.
Amma, hər halda, ertəsi gün onlar səhər yeməyinə
düşəndə oğlanlar artıq qolf oynamağa getmişdilər.
Maykl imkan eləyib Dennorantları şəhərə aparmışdı.
Culiya özünü əzgin hiss edirdi. Tomla Rocer lança gəlib
çıxanda onlarla şən ovqatda danışmaq üçün birtəhər
özünü toparladı. Günorta üçlükdə çaya getdilər. Amma
Culiyada belə hiss vardı ki, onu ürəkləri istədiklərinə
yox, sadəcə, yayına bilmədiklərinə görə yanlarına salıb-
lar. Tomun məzuniyyətə çıxacağı günü necə gözlədiyi
yadına düşdü. İçindəki ahı güclə boğdu. İndi o, günləri
saya-saya məzuniyyətin nə vaxt bitəcəyini gözləyirdi.
Nəhayət, maşına əyləşib Londona istiqamət alanda
özündə bir yüngüllük hiss elədi. Culiya Toma qarşı hirsli
deyildi, amma içəridən, elə bil, sınmışdı. Hisslərinə
hakim ola bilmədiyinə görə özünü qınayırdı. Teatrın
qapısından içəri keçən kimi hiss elədi ki, bu pis ovqatı
səhər vahiməli yuxudan ayılantək özündən çırpdı. Bu-
rada öz odasında təzədən öz-özünün yiyəsi olmuşdu və
gündəlik həyatın bütün xırdalıqları əhəmiyyətini itir-
1 Rejan – Qabriel Rejan (1857-1520), fransız aktrisası
147