Page 146 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 146
yam Somerset Moem

axmaqlıq elədi. Səhnədəki bütün bu zəfərlər nədi axı? İl-
lüziya. Pagliacci1. İnsanlar bunun nə qədər həqiqət oldu-
ğunu dərk eləmirlər. Vesti lagiubba2 və ilaxır. O necə də
tənhadı. Təbii ki, Çarlza deyilməsi vacib olmasa da,
Culiyanın ürəyi itirilmiş imkanlara yox, hansısa bir
gəncin onunla sevişmək əvəzinə, oğluyla qolf oynamağa
üstünlük verməsinə görə qüssə içindəydi.

Arçi Deksterlə Culiya əvvəlcədən aralarında razı-
laşdırdıqları kimi nahardan sonra hamı qonaq otağına
yığılanda xəbərdarlıqsız-filansız heç bir məna kəsb
etməyən bir-iki sözdən başlayıb sonra bir-birlərinə qarşı
dəhşətli qısqanclıq səhnəsi qurdular. Sanki, onlar iki
məşuq idi. Siftə-siftə ətrafdakılar bunun zarafat olduğunu
zənn etmədidər, amma sonra onların qarşılıqlı ittiham-
ları əcaib və ədəbsiz şəkil aldığından hamı gülməkdən
uğunub getdi. Sonra ekspromtla sərxoş bir centlmenin
Cermin-stritdən bir fransız fahişəsinin necə götür-
düyünü oynadılar. Bundan sonra tam ciddiyyətlə
“Kabus”da miss Elvinqin pastor Mendersi necə yoldan
çıxarmaq istədiyini təsvir etdilər. Onların yığcam
auditoriyasını qəhqəhə səsi bürüdü. Çıxışlarını belə
teatral qəbullarda tez-tez göstərdikləri və necə deyərlər,
sürtə-sürtə par-par parıldatdıqları “nömrəylə” bitirdilər.
Bu, Çexovun pyesindən bir parça idi. Bütün mətn
ingiliscəydi, amma coşğun məqamlarda onlar, təxminən,
rus dili kimi səslənən hədərən-pədərənə keçirdilər.
Culiya özünün bütün tragik istedadını ortaya qoy-
muşdu, amma replikaları elə məzəli pafosla deyirdi ki,
misilsiz bir komik effekt yaradırdı. Culiya ifasına bütün
səmimiyyətini, ürəyinin əzablarını qoymuşdu, amma
həm də özünəməxsus yumor hissiylə bu dəfə özü də
özünə kənardan baxıb gülürdü. Tamaşaçılar yıxılanacan

1 pagliacci – təlxəklik (ital.)
2 vesti lagiubba – hərfi anlamda dəyişik geyim; burada isə maskarad (ital.)

146
   141   142   143   144   145   146   147   148   149   150   151