Page 145 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 145
Seçilmiş əsərləri
– Belə görürəm, bu günüm dəhşətli dərəcədə darıx-
dırıcı olacaq.
Culiya, guya, bu sözdən çox narahat bir görkəm alıb
dilləndi:
– Ümid eləyirəm ki, Tom belə deməyəcək.
Rocer cavab vermədi.
Gün eynilə Culiya gözlədiyi kimi keçdi. Doğrudur,
o, Tomu az görə bildi, amma Roceri ondan da az gördü.
Tom Dennorantların çox xoşuna gəldi. O ödəməyə məc-
bur olduqları iri məbləğdə mənfəət vergisindən yayın-
mağın yollarını onlara başa saldı. O, maliyyə nazirinin
teatr haqqında düşüncələrinə və Arçi Deksterin siyasi
baxışlarına maraqla qulaq asırdı. Culiya hələ heç vaxt
belə yaxşı olmamışdı. Arçi Dekster çox ayıq başlı adam
idi və teatr həyatıyla bağlı xeyli tarixçələr bilir, ən əsası
onları heyrətamiz istedadla nəql eləyirdi. Lanç zamanı
o, Culiya ilə birlikdə bütün zalı qəşş eləyənəcən gül-
dürdü. Çaydan sonra tennis oynayanlar yorulanda
Culiya onu dilə tutdu ki, (demək olmaz ki, Arçi elə güclü
müqavimət göstərdi) Qledis Kuperi, Konstans Kolyeni
və herti Lorensi parodiya eləməklə hamının könlünü
oxşasın. Culiya onu sədaqətlə və təmənnasız sevən Çarlz
Temerlini də unutmamışdı, onunla toranlıqda ikilikdə
gəzişmək üçün bir-iki dəqiqə oğurlaya bilmişdi. O,
Çarlzla birlikdə olanda şən və hazırcavablığını kənara
qoyub, nəcib, xəyalpərvər bir qadına çevrilirdi. Bütün
günü hamını heyran qoyan tamaşalar göstərsə də, ürəyi
qüssəylə doluydu. Həyatının boş və mənasız olduğunu,
karyerası bu cür uğurlu alınsa da, əsas olan nəyisə əldən
buraxmasının ona rahatlıq verməməsini ahlarla, kədərli
baxışlarla Çarlza anlatmaq istəyəndə o, demək olar ki,
səmimiydi. Neapoliton körfəzinin sahillərində, Sorren-
todakı malikanəsini o, necə də tez-tez xatırlayır... Gözəl
arzular. Bəlkə də, əsl məhəbbət onu elə orada gözlə-
yirmiş. Sadəcə, əlini uzatmaq yetərdi, vəssalam. O isə
145