Page 149 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 149
Seçilmiş əsərləri

onun o uşağa görə başını itirməsi kədərli haldı, amma
nə etmək olar, ağlamaqla iş düzəlmir. Həm də əvvəl-
cədən özünə söz vermişdi ki, Tomun qarşısında tələblər
qoymayacaq. Bazar günü şama heç kimi dəvət etmə-
mişdilər. Culiya bu son axşamı Tomla ikilikdə qalmaq
istəyirdi. Əlbəttə, bu, mümkün deyil, amma, hər halda,
onlar bağda ikilikdə gəzə bilərdilər.

“Maraqlıdır, görən, bura gəldiyi gündən bir dəfə də
məni öpmədiyinin fərqindədirmi?”

Velosipeddə gəzmək də olar. Amma bir neçə an
onun ağuşunda olmaq necə ilahi hissdi. Bu, Toma bütün
günahlarını bağışladardı.

Teksterlərə, əsasən, aktyorlar yığılmışdı. Arçinin
xanımı Qreys Xarduil musiqili komediya nömrəsi
nümayiş elədi. Qreysin oxuduğu operettanı dəstə-dəstə
gözəgəlimli qız da rəqslə müşayiət eləyirdi. Culiya heç
bir əlavə rəngə ehtiyac görmədən tam təbiiliklə pri-
madonna obrazındaydı. O, öz füsunkar təbəssümüylə
xorda həftəyə üç funta işləyən, sifətlərinin rəngi qaçmış
qızlara baxırdı. Qonaqlardan çoxunun fotoaparatı var idi
və Culiya məmnuniyyətlə şəklini çəkmələri üçün onlara
şərait yaradırdı. O, Qreysin bəstəkarın şəxsi müşayi-
ətiylə ifa etdiyi məşhur ariyasını hərarətlə alqışladı. Bu
komediya “qarısı” onu, Culiyanı ən məşhur rollarından
birində təsvir edəndə səbəbkar hamıdan bərk güldü.
Hər şey çox şən, qayğısız və haylı-küylü idi. Culiya
ürəkdən ləzzət aldı və saat yeddini göstərəndə təəssüf
hissi keçirmədən getməyə hazırlaşdı. Bu xoş gün üçün
ev sahiblərinə minnətdarlığını izhar edəndə Rocer ana-
sına yaxınlaşdı.

– Qulaq as, anacan, buradan bir dəstə adam Meydn-
hedə şam yeməyinə, sonra da rəqs eləməyə gedir. Məni
də Tomla dəvət eləyirlər. Sən etiraz eləməzsən, eləmi?

Culiyanın beyninə qan vurdu. Özünə nəzarəti
itirdiyindən səsi də kifayət qədər kobud çıxdı.

149
   144   145   146   147   148   149   150   151   152   153   154