Page 153 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 153
Seçilmiş əsərləri
Bütün günü fikir içindəydi. Axşam teatra gələndə
orada onu bağlama gözləyirdi. Göndərilən ünvana ba-
xan kimi içində nə olduğunu bildi. Evi bağlamanı aç-
mağı istəyib-istəmədiyini xəbər aldı.
– Lazım deyil.
Amma tək qalan kimi özü açdı. Orada qalstuk üçün
sancaq, jilet üçün mirvari taxma düymələr, saat və To-
mun qürur yeri – həmin o portsiqar var idi. Ona nə ba-
ğışlanmışdısa, hamısı oradaydı. Və nə bir məktub, nə də
bir kəlmə izahat var idi. Ürəyi qopub düşdü, hiss elədi
ki, ayaqdan-başacan əsir.
“Ağlım niyə belə azdı?! Nədən özümü cilovlaya
bilmədim?!” Ürəyinin hər döyüntüsü ona ağrı verirdi.
İçini dağıdan bu cəhənnəm əzabıyla səhnəyə necə çıxa-
caqdı? Çox pis oynayacaq. Nə qədər çətin olsa da, mütləq
onunla danışmalıdır. Tomun evində bu odayla calanan
telefon xətti var idi. Culiya nömrəni yığdı. Xoşbəxtlik-
dən, Tom evdəydi.
– Tom!
– Sözün nədi?
Cavab verməzdən əvvəl bir qədər susdu, səsi də na-
rahat idi.
– Bu, nə deməkdi? Bunları niyə mənə göndərmisən?
– Səhər sən pulu aldın?
– Hə. Mən qəti bir şey anlamıram. Nədi, sənin xət-
rinə dəymişəm?
Tom cavabında:
– Əlbəttə, yox, – dedi. – Mənə aşna kimi yanaşılanda
ləzzət alıram. Üzümə vuranda ki, hətta çaypulu ödə-
məyə belə qadir deyiləm, əlbəttə, bu da mənə xoş gəlir.
Heyrətlənəsi iş odur ki, sən London qatarının üçüncü
klassına bilet almaq üçün zərfə pul qoymamısan.
Culiya ağrıdan və həyəcandan göz yaşını güclə bo-
ğub zorla danışsa da, özündən xəbərsiz gülümsədi. “Ay
səni, səfeh!”
153