Page 156 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 156
yam Somerset Moem
Hamar, ağ dərisi var idi, dodaq boyası və ənliksiz əzgin
və solğun görünürdü. Kişi xalatında o daha zərifdi, güc-
süzdü və bununla yanaşı, eleqant təsir bağışlayır. Ürə-
yinə bir ağırlıq çökmüşdü, həyəcan içini yeyirdi.
Güzgüyə baxanda dilinin altında mızıldandı: “Mimi
Bogema”nın sonuncu aktında”. Özü də hiss etmədən ös-
kürdü. Elə bil, vərəmliydi. Culiya qrim stolunun üstün-
dəki gur işığı söndürüb divana uzandı. Az sonra qapı
döyüldü və Evi mister Fennelin gəlişini xəbər verdi.
Culiya ağ, arıq əlini ona uzatdı.
– Bağışla ki, uzanmışam, nəsə özümü yaxşı hiss elə-
mirəm. Altına stul çək. Nə yaxşı ki, gəldin.
– Özünü yaxşı hiss eləmirsən? Nə olub ki?
Culiyanın qansız dodaqları əzablı təbəssüm içində
tərpəndi.
– Elə qorxulu bir şey yoxdu, sadəcə, son iki-üç ge-
cəni yaxşı yata bilməmişəm.
Culiya gözəl gözlərini Toma zilləyib bir neçə dəqiqə
sükut içində nəzərlərini ona dikdi. Tom halsız görü-
nürdü, amma Culiyaya elə gəldi ki, o qorxub.
Nəhayət, Culiya asta səslə dilləndi:
– Mən gözləyirəm. İzah elə, görüm, nə günahın
yiyəsiyəm? Mənə qarşı nə iradın var?
Səsinin necə titrədiyini Culiya da hiss elədi. Amma
hər şey təbii alındı. (“İlahi, mən deyəsən, qorxmuşam”).
– Bu mövzuya qayıtmağın mənası yoxdu. Sənə
ancaq bir şey demək istəyirəm. Qorxuram, sənə borclu
olduğum o ikiyüz funtu belə tez qaytara bilməyim. Sa-
dəcə, indi o qədər pulum yoxdu, amma yavaş-yavaş ha-
mısını verəcəm. Səndən möhlət istəmək mənim üçün elə
də xoş deyil, amma başqa yolum yoxdu.
Culiya dikəlib hər iki əlini sınmış ürəyinin üstünə
qoydu.
– Başa düşmədim. İki gecə gözümə yuxu getməyib,
nə baş verdiyini fikirləşə-fikirləşə qalmışam. Qorxur-
156