Page 159 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 159
Seçilmiş əsərləri
eləmişəm: mən alanlardan istifadə elədiyini görəndə
özümü dünyanın ən xoşbəxti saymışam. Əgər gözündə
azacıq qiymətim olsaydı, bu, səni alçaltmazdı, təsir-
ləndirərdi.
Culiya yenə uzun-uzadı ona baxdı. Ağlamaq onun
üçün heç vaxt çətin bir iş olmamışdı, indi isə özünü elə
bədbəxt hiss eləyirdi ki, bunun üçün hətta azacıq cəhd
də tələb olunmadı. Tom hələ bu vaxtacan onu ağlayan
görməmişdi. Culiya hıçqırmadan ağlamağı bacarırdı –
gözəl gözlər dipdiri açılıb, sifət, demək olar ki, donub və
onun üzəriylə iri, ağır göz yaşları axır. Onun tragik
duruşundakı hərəkətsizlik heyrətamiz həyəcan yara-
dırdı. Culiya son dəfə “Yaralı ürək”də belə ağlamışdı.
İlahi, bu pyes onun suyunu çıxarmışdı. Culiya Toma
yox, qabağına baxa-baxa qalmışdı. O, dərddən hava-
lanmışdı. Bu, nədi belə? Amma ikinci, daxili “mən”i nə
elədiyini əla başa düşürdü. Bu “mən” onun dərdini bö-
lüşür, eyni zamanda, Culiyanın hərəkətlərini müşahidə
edirdi. Gözünün bir qırağıyla Tomun bənizinin necə
ağardığını gördü, qəfil gələn əzabdan necə dərindən
sarsıldığını duydu. Hiss elədi ki, Tom onun iztirablarına
qanıyla, canıyla tab gətirməyə, sadəcə, qadir deyil.
– Culiya!
Səsi Tomu satdı. Culiya ağır-ağır nəmli gözlərini
qaldırıb ona baxdı. Tomun qarşısındakı bu dəqiqə sa-
dəcə, gözüyaşlı bir qadın yox, insaniyyətin bütün dər-
diydi – insan taleyinin ölçüsü, sonu bilinməyən və
əbədiyyətə qədər qalacaq dərdi. Tom qarşısında diz
çöküb Culiyanı bağrına basdı. O sarsılmışdı.
– Sevgilim! Sevgilim!
Culiya tərpənmirdi. Elə bil, Tomun burada, onun
yanında olduğunu dərk eləyə bilmirdi. Tom onun yaşlı
gözlərini öpüb dodaqlarıyla dodaqlarını axtarırdı. Cu-
liya dodaqlarını onun ixtiyarına verdi. Sanki, onun
qarşısında tamam köməksiz idi, sanki, özünə nəzarəti
159