Page 164 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 164
yam Somerset Moem

diqqət cəlb elədiyini hamıdan yaxşı bilsə də, Culiyanın
ağlına belə gəlməzdi ki, onun həyat tərzindəki bu
dəyişiklik şəhərdə söz-söhbətə səbəb ola bilər. Arxa-
sında iyirmi illik sədaqətli həyat yoldaşı adı gəzdirən
Culiya – təbii ki, o, həmin ispanı hesaba almırdı, bu
hadisə istənilən qadının başına gələ bilərdi – əmin idi ki,
onun oğlu yaşında birisiylə eşq yaşamasını kimsə təsəv-
vürünə belə gətirməz. Amma Culiya o tərəfin, Tomun
da özünü həmişə diqqətli aparmalı olduğunu düşün-
məmişdi. Həmçinin Tomla rəqs elədiyi zaman öz gözlə-
rinin də onu satdığını nəzərə almamışdı. Culiya özünü
bütün şübhələrdən kənar hesab eləyirdi və xəbəri yox
idi ki, artıq onun barəsində qeybətlər başlayıb.

Bu qeybətlər Dolli de Frizin də qulağına gəlib çatan-
da o şaqqanaq çəkməklə kifayətləndi. Culiyanın xahişilə
o, Tomu verdiyi ziyafətlərə dəvət eləmişdi, bir-iki dəfə
şəhərətrafı evinə uik-endə çağırmışdı, amma heç vaxt
ona fikir verməmişdi. Yaxşı oğlandı, Maykl məşğul
olanda Culiya üçün əsl cangüdəndi, amma tamamilə
sıfırdı. Heç kimin fikir vermədiyi və səhəri gün sifət
quruluşu hamının yaddaşından silinən insanlardan biri.
Kavaler çatışmadığı üçün son anda nahara çağırılan
birisi. Culiya onun haqqında gülə-gülə “mənim pərəs-
tişkarım”, “dərdimdən ölən” deyirdi. Əgər aralarında
bir şey olsaydı, onun barəsində, çətin ki, belə rahat və
açıq danışardı. Həm də Dolli bilirdi ki, Culiya üçün bu
dünyada iki kişi mövcuddu – Maykl və Çarlz Temerli.
Amma, əlbəttə, o da qəribə işdi ki, bütün ömrün boyu
öz nüfuzunun qayğısına qalasan və sonda gecə klub-
larıyla qurtarasan. Özü də nə az, nə çox həftədə üç-dörd
dəfə. Dolli son vaxtlar onu az-az görürdü və doğrusu,
Culiyanın bu diqqətsizliyi ona müəyyən qədər toxun-
muşdu. Dollinin teatr aləmində dostları çox olduğundan
ehtiyatla məsələnin məğzini öyrənməyə başladı. Onlar-
dan eşitdiyi qəti xoşuna gəlmədi. Nə düşünəcəyini özü

164
   159   160   161   162   163   164   165   166   167   168   169