Page 168 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 168
yam Somerset Moem

bilmədi. Vaxtında əhəmiyyət vermədiyi onlarla xırda
məqamı xatırladı ki, soyuqqanlıqla baxanda onların hər
biri olduqca və olduqca şübhəli görünürdü. Dolli belə
çətin vəziyyətə düşə biləcəyini ağlına gətirməmişdi.
Təsdiq? Onun əlində heç bir dəlil-sübut yox idi, olan
ancaq heç vaxt Dollini aldatmayan intuisiyası idi. “Hə”
cavabını vermək istədi, sanki, artıq o sözün qarşısını
almaq qeyri-mümkün idi, amma Dolli özünə güc gələ
bildi. O, Culiyanı sata bilməzdi. Birdən bu gicbəsər
Maykl hər şeyi Culiyaya açıb tökdü? Culiya bir də ömrü
boyu onunla danışmazdı. Birdən Culiyanın ardınca
güdükçü qoyub onu cinayət yerində yaxaladı?! Əgər
Dolli ona həqiqəti desəydi, kim bilir, nələr baş verərdi.

– Yox, təsdiqləyə bilmərəm.
Dollinin gözləri yaşla doldu və enli yanaqlarıyla
axdı. Maykl hiss elədi ki, o əzab çəkir. O, Dollini gülməli
məxluq kimi qəbul eləyirdi, amma anlayırdı ki, bu dərdi
saxta deyil. Və təbiətcə mərhəmətli insan olduğundan
Maykl onu sakitləşdirmək istədi:
– Bax görürsünüz, Culiyanın sizə qarşı necə yaxşı
münasibətdə olduğunu özünüz də bilirsiniz. Düzü, onu
başqa dostlara qısqanmaq lazım deyil.
Culiya hıçqıra-hıçqıra:
– Tanrı şahiddi ki, mən onun yolunda hər şeyimdən
keçərəm, – dedi. – Son vaxtlar mənə münasibəti elə
dəyişib ki. Çox soyuyub. Mən həmişə ona sədaqətli dost
olmuşam, Maykl.
– Hə, əzizim, mənim buna şübhəm yoxdu.
– “Monarxın qulluğunda durduğumun, heç olmasa,
yarısı qədər göylərə xidmət edə bilsəydim1...”
– Yaxşı, bəsdi, bəsdi, hər şey heç də göründüyü kimi
pis deyil. Özünüz bilirsiniz ki, mən öz arvadımı
başqalarıyla müzakirə edənlərdən deyiləm. Həmişə

1 Uilyam Şekspir, “VIII Henrix”

168
   163   164   165   166   167   168   169   170   171   172   173