Page 173 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 173
Seçilmiş əsərləri

– Bilirsiniz, o leyləyə nə dedim? – dedi. – Qayıtdım
ki, bəs Culiya məni gecə klublarına dartıb aparmadığı
vaxtdan...

Culiya onun sözlərini daha dinləmək istəmədi.
Ağlına gələn Dolli oldu və qəribə də olsa, ağzından
Mayklla bir vaxtda üç eyni söz çıxdı. Hər ikisi xorla
şamın süfrəyə verildiyini elan etdi və onların bu şənliyi
başqa məcraya yönəldi. Culiya bu səmtə də fəal qoşuldu,
görkəmindən elə görünürdü ki, bütün diqqəti qonaq-
lardadı, hətta Maykldan azı iyirmi dəfə eşitdiyi onun ba-
şına gəlmiş teatr əhvalatına da, sanki ilk dəfə dinləyirmiş
kimi, böyük maraqla qulaq asdı. Amma, əslində, bütün
bu müddətdə o, ürəyində Dolliylə qızğın söhbət eləyirdi.
Culiya onun barəsində nə düşündüyünü açıb deyənəcən
Dolli qorxudan büzüşə-büzüşə qalmışdı. Dolliyə belə
deyirdi:

“Ay qoca camış, sizə kim icazə verib ki, burnunuzu
mənim işlərimə soxasınız? Susursunuz. Özünüzə bəraət
istəməyin. Sizin Maykla dediklərinizi sözbəsöz bilirəm.
Buna bəraət yoxdu. Sizi özümə dost hesab eləyirəm. Elə
güman edirdim, sizə güvənə bilərəm. Artıq hər şey bitdi.
Mən daha sizi tanımaq belə istəmirəm. Vəssalam. Elə
bilirsiniz, sizin o murdar pullarınız mənə çoxmu lazım-
dı? Özü də deməyin ki, onun arxasında əyri məqsəd
güdməmisiniz. Bilmək istərdim, mənsiz siz kim olar-
dınız, axı? Əgər kimsə sizi tanıyırsa, özünüzə nəsə bir
qiymət ala bilmisinizsə, səbəb yalnız təsadüfün sizi mən-
lə tanış etməsidi. Kimin hesabına bu illər uzunu sizin
qəbullar belə ad qazandı? Bəlkə, elə fikirləşirsiniz, insan-
lar ora sizə tamaşa eləmək üçün gəlirdilər? Onlar mənə
baxmağa gəlirdilər. Vəssalam. Bitdi”.

Doğrusu, bu, dialoqdan çox monoloq idi.
Sonra kino zalında əvvəlcədən istədiyi kimi Tomun
yanında əyləşib əlindən tutmuşdu. Amma Tomun əlin-
də, elə bil, həyat əlaməti yox idi, eynən balıq üzgəci

173
   168   169   170   171   172   173   174   175   176   177   178