Page 172 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 172
yam Somerset Moem
belə sədaqətli sevməyi ona necə xoş idi. Ona xoş gəlmək
üçün Culiya da az əziyyət çəkməmişdi. Çarlz Tomla bir-
likdə gəldi. Tom təzə smokinqini ilk dəfə geyinmişdi.
Tomla Culiya oğrun baxışlarla danışdılar. Tomun gö-
zündən baxan məmnunluq, Culiyanın gözündən baxan
isə heyranlıq idi.
Maykl əllərini bir-birinə sürtüb şən ovqatda:
– Aha, cavan oğlan, əlimə keçdin, – dedi. – Heç
bilirsənmi sənin barəndə qulağıma nə söz dəyib? Deyir-
lər, sən mənim arvadımı yoldan çıxarmısan.
Tom təşviş içində ona baxıb qızardı. Bu qızarmaq
vərdişi onu dəhşətli bezdirmişdi, amma heç cür tərgidə
bilmirdi.
Culiya da şən ovqatda ucadan:
– İlahi! – dedi. – Necə də qiyamətdi! Ömrüm boyu
kiminsə məni yoldan çıxarmasını arzulamışam! Maykl,
xəbəri kim gətirib?
Maykl bic-bic:
– Leylək zənbilində gətirib, – dedi.
– Neynək, əgər Maykl məni boşasa, Tom bilirsənmi,
sən məni almalısan.
Çarlz qüssəli və mərhəmətli baxışlarla gülümsəyib
soruşdu:
– Siz axı niyə belə etmisiniz, Tom?
Çarlz bilərəkdən ciddi görkəm almışdı, Tomun açıq-
aşkar çaşqınlığından ləzzət alan Mayklın isə üzü gülür-
dü. Zahirən bu şənliyi bölüşən Culiya daxilən təşviş
keçirirdi.
– Demə, Culiyanın “bay-bay” vaxtı gələndə bu gənc
pozğun onu gecə klublarına aparırmış.
Culiya səsini başına aldı.
– Nədir, Tom, etiraf edək, yoxsa hər şeydən tərtəmiz
imtina edək?
Maykl onun sözünü kəsib:
172