Page 176 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 176
yam Somerset Moem
– Elə bir şey olmayıb.
Dollinin səsi soyuq idi.
– Qulaq asın, sabah Rocer qayıdır. Bilirsiz, o, İtonu
tamam atmaq istəyir. Sabah tezdən onun dalınca maşın
yollayacam, istəyirəm, siz də lança gəlib çatasınız. Mən
heç kimi dəvət eləmirəm. Yalnız Maykl, Rocer siz və
mən.
– Mən sabah lança dəvətliyəm.
Bu iyirmi ildə Culiya nə vaxt onu görmək istəmiş-
disə, Dolli həmişə hazır olmuşdu. Dəstəyin o biri başın-
dakı səs düşmən səsiydi.
– Dolli, siz nədən belə qəddar olmusunuz? Rocer
həddən artıq dilxor olacaq. Evdə birinci günüdür, elə
mən özüm də sizi görmək istəyirəm. Kim bilir, nə vaxtdı
görüşmürük. Elə darıxmışam ki… Görüşünüzü təxirə
sala bilməzsiniz? Cəmi bircə dəfə, əzizim. Lancdan sonra
ikilikdə doyunca dərdləşərik – mən və siz.
Culiya nəsə bir şey istəyəndə ona etiraz eləmək,
sadəcə, mümkün deyildi, heç kəs səsinə onun qədər
həlimlik qata, belə cazibədar və belə ürəyəyatımlı ola
bilməzdi. Araya sükut çökdü və Culiya anladı ki, Dolli
özüylə, alçaldılmış hissləriylə mübarizə aparır.
– Yaxşı, əzizim, birtəhər məsələni yoluna qoyaram.
– Nə gözəl!
Dəstəyi yerinə qoyandan sonra Culiya dilinin
altında mızıldandı: “Qoca camış!”
Dolli gəlib çıxdı. Rocer onun necə böyük oğlan
olması barədə deyilənlərə nəzakətlə qulaq asıb, Dollinin
onun yaşda oğlana nə demək olarsa – hər sözünə, məslə-
hətinə özünün ciddi təbəssümüylə yerli-yataqlı cavab
verirdi. Rocer Culiyanı məəttəl qoymuşdu. O özü az
danışsa da, belə təsəvvür yaranırdı ki, başqalarının
dediyi hər sözü diqqətlə dinləyir. Amma bununla belə,
qəribə bir duyumla ona elə gəlirdi ki, qulağı danışanda
olsa da, fikri dağda-daşdadı. Elə bil, Rocer onları kənar-
176