Page 179 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 179
Seçilmiş əsərləri
– Hə, özü də ildə dörd yüz funt alır.
Culiya cəld soruşdu:
– Siz haradan bilirsiniz?
Bu dəfə Culiya Dollinin yaman yerdə axşamladı-
ğına əmin idi.
– Siz mənfəət vergisi məsələsiylə bağlı məni dilə tut-
dunuz ki, onun şirkətinə müraciət eləyim. Bunu da
orada mənə kompanyonlardan biri dedi. Bir qədər qəri-
bə görünür. Görən, o, bu pula hansı yolla həm mənzil
haqqını ödəyir, bu cür geyinir, hələ, üstəlik, sizi gecə
klublarına da aparır?
– Ola bilsin, ona atasından pul gəlir.
– Onun atası Londonun şimal hissəsində məhkəmə
nəzarətçisidi. Özünüz də əla başa düşürsüz ki, əgər o,
oğluna şirkətdə pay alıbsa, nəğd pulla kömək edən de-
yil.
Culiya ucadan qəhqəhə çəkib:
– Bəlkə, siz elə bilirsiniz, onu mən saxlayıram? – de-
di.
– Mən heç nə bilmirəm, əzizim, amma adamlar bilir.
Dollinin nə sözləri, nə də o sözlərin deyiliş tərzi
Culiyaya xoş gəldi. Amma öz həyəcanını üzə vurmadı.
– Bu, nə dəlilikdi! Tom Rocerin dostudur. Əlbəttə,
mən onunla haralarasa çıxıram. Hiss elədim ki, mənə
silkələnmək lazımdı. Yeknəsəqlikdən yorulmuşam. Gör-
düyüm elə iki şeydi – teatr, bir də özümlə məşğul olmaq.
Bu, həyat deyil. Bir də axı indi də əylənməyib, nə vaxt
əylənəcəm? Niyə inkar eləyim, Dolli, qocalıram. Siz
Mayklın kimliyini gözəl bilirsiniz. O, ürəkdi, amma elə
əttökəndi ki.
Dolli buz kimi səslə:
– O, bütün illər ərzində belə olub, – dedi.
– Deyəsən, mən adı özündən iyirmi yaş balaca
oğlanla hallanan sonuncu aktrisayam.
Dolli düzəliş verib:
179