Page 183 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 183
Seçilmiş əsərləri

yuxu onu aparırdı. Amma bu gün o yan-bu yana qur-
calana-qurcalana qalmışdı, yuxusu gəlmirdi ki, gəlmirdi.
Axırda saata baxdı. Tom işdən, adətən, beşdən sonra
qayıdırdı. Ondan ötrü bütün canıyla darıxmışdı. Yanın-
da olanda rahatlığını onun ağuşunda tapırdı, qalan şey-
lər eyninə də deyildi. Culiya nömrəni yığdı.

– Allo! Hə! Danışan kimdi?
Culiya çaşqınlıq içində dəstəyi qulağına dayadı. Bu,
Rocerin səsiydi. Dəstəyi yerinə qoydu.

ON DOQQUZUNCU HİSSƏ

Culiya gecəni də, demək olar, yatmadı. Rocerin qa-
yıtdığını eşidəndə də eləcə uzanıb qalmışdı, yerindəcə
işığın düyməsini basıb saatın dörd olduğunu gördü. Do-
daqlarını büzdü. Səhəri gün Culiya təzəcə yerindən
qalxmağa hazırlaşanda o, güllə kimi pilləkənlərlə qa-
çırdı.

– Ana, içəri keçə bilərəm?
– Keç.
Rocer hələ də pijama və xalatda idi. O, anasına gü-
lümsədi. Rocer necə sütül, gənc görünürdü.
– Sən dünən çox gec qayıtdın.
– Çox da yox. Təxminən, birdə.
– Yalançı! Mən saata baxdım. Dörd idi.
O, şən ovqatla razılaşıb:
– Dörddü, qoy dörd olsun, – dedi.
– Səni and verirəm, bu vaxta qədər nə işlə məşğul
idiniz?
– Tamaşadan sonra şam yeməyinə getdik. Rəqs
elədik.
– Kimlə?
– Orada görüşdüyümüz iki qızla. Tom onları əvvəl-
dən tanıyır.
– Adları necədi?

183
   178   179   180   181   182   183   184   185   186   187   188