Page 188 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 188
yam Somerset Moem

üzünün bütün həyəcanlarına son verə bilən möcüzə bir
məlhəm tapırdı. Culiya ondan güc alırdı, özünü göyün
yeddinci qatında hiss eləyirdi. Əlinin altında belə bir
məlhəmi olan insan nəyə desən qadir idi.

Rocer geri qayıdan gün Tom idarədən ona zəng
elədi.

– Bu axşam nəsə bir işin yoxdu ki? Bəlkə axşamı bir
yerdə keçirək?

– Mümkün deyil. Görüşüm var.
Düz demirdi, amma elə bil dodaqları özü onun
əvəzinə danışırdı.
– Hə? Bəs sabah?
Əgər Tom təəssüf hissi keçirsəydi, əgər ondan
dediyi o görüşə getməməyi xahiş etsəydi, bu, Culiyaya
artıq söz demədən onunla əlaqələrə son verməyə kifayət
edərdi. Onun bu laqeydliyi Culiyanı ovsunlamışdı.
– Sabah? Yaxşı.
– Oldu. Tamaşadan sonra gəlib səni teatrdan götü-
rəcəm. Hələlik.
Tom odasına girəndə Culiya artıq hazır dayanıb
onu gözləyirdi. O, dəhşətli həyəcan içindəydi. Onu
görən kimi Tomun çöhrəsi işıqlandı, Evi otaqdan çıxar-
çıxmaz Culiyanı özünə çəkib ehtirasla öpdü. Sonra gü-
lüb:
– Bax, indi yaxşı oldu, – dedi.
Gənc, sütül, həyatsevər, ürəyinin qapısı taybatay
açıq bu gəncə baxanda adamın ağlına da gəlməzdi ki, o,
Culiyaya belə amansız əzablar verir. İnana bilməzdin ki,
bu oğlan o qadını aldadır. Onların iki həftə görüşmə-
diklərini Tom hətta hiss belə eləməmişdi. Bu, aydın
görünürdü.
(“İlahi, əgər onu həyatımdan biryolluq rədd eləyə
bilsəydim”.)
Amma Culiya ona gözəl gözlərinin şən təbəs-
sümüylə baxıb soruşdu:

188
   183   184   185   186   187   188   189   190   191   192   193