Page 184 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 184
yam Somerset Moem

– Biri Cil, o biri Cun. Famillərini bilmirəm. Cun ak-
trisadı. Soruşdu ki, onu sənin növbəti pyesinə dublyor
düzəldə bilərəmmi?

Hər halda, onlardan biri də Evis Krayton deyildi.
Dollinin dilindən çıxandan bəri bu ad Culiyanın fikrin-
dən çıxmırdı.

– Amma belə yerlər səhər dördə qədər işləmir.
– Hə, biz Tomun yanına qayıtdıq. Məndən söz aldı
ki, sənə deməyim. Elə fikirləşdi ki, sən bərk əsəbiləşə-
cəksən.
– Məni əsəbiləşdirmək üçün daha vacib səbəblər
olmalıdır. Söz verirəm, dilimdən bir kəlmə də qaçırma-
yacağam.
– Əgər bir günahkar varsa, o da mənəm. Mən
dünən günorta ona dəyib bu işi razılaşdırdım. Kitabda
yazılan, tamaşalarda göstərilən bu sevgi deyilən şeyin
nə olduğunu... Mənim bir azdan on səkkiz yaşım olacaq.
İstədim, bunun nə olduğunu bir özüm üçün yoxlayam.
Culiya gözlərini dipdiri açıb yatağında oturdu və
sualedici baxışlarını Rocerə dikdi.
– Rocer, səni and verirəm, de görüm, sözünün canı
nədi?
O, həmişəki kimi ciddi və təmkinliydi.
– Tom dedi, iki qız tanışı var, bu işi onlarla yoluna
qoymaq olar. Dedi ki, hər ikisiylə yatıb. Qızlar bir yerdə
yaşayırlar. Belə, onlara zəng vurub tamaşadan sonra
görüşməyi təklif etdik. Tom dedi ki, dostumun siftəsidi,
qoy mənim hansına düşəcəyim üçün püşk atsınlar.
Onun mənzilinə qayıdanda Tom Cillə yataq otağına
keçdi, Cunla mənə qonaq otağını verdi.
Hansısa an Rocerlə bağlı həyəcan keçirdiyinə görə
Tom Culiyanın fikrindən çıxdı.
– Özü də, anacan, bilirsən, burada xüsusi bir şey
yoxdu. Başa düşə bilmirəm, nədən onun üstündə bu
boyda hay-küy qaldırıblar.

184
   179   180   181   182   183   184   185   186   187   188   189