Page 189 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 189
Seçilmiş əsərləri
– Hara gedirik?
– Mən Kveqada stol sifariş eləmişəm. Onların
proqramında yeni nömrə var. Hansısa bir amerikalı
fokusçudur. Deyirlər, çox yüksək səviyyədi.
Bütün şam yeməyi boyu Culiya dilboğaza qoymadı.
Toma təşrif buyurduğu qəbullardan, getməməsi heç cür
mümkün olmayan teatr axşamlarından danışdı. Elə
təəssürat yaranmışdı ki, onların belə uzun müddət bir-
birindən ayrı düşməsinin yeganə səbəbi Culiyanın vaxt
tapa bilməməsi olub. Onu ruhdan salan Tomun hər şeyi
arın-arxayın qəbul eləməsiydi. Şübhəsiz, Tom ona görə
şad idi; Culiyanın öz işlərindən, görüşdüyü insanlardan
danışdıqlarına maraqla qulaq asırdı, amma həm də
şübhə yox idi ki, o, onun üçün azca da darıxmayıb. To-
mun bu xəbəri necə qəbul edəcəyini görmək üçün Cu-
liya onun öz pyeslərində oynamaq üçün Nyu-Yorka
qastrola dəvət aldığını dedi. Ona orada hansı şərtlər
təklif olunduğunu bəyan etdi.
Tomun gözləri parıldadı və o, ucadan:
– Bu ki əladı! – dedi. – Bu ki göydən düşmədi. Sən
heç nə itirmirsən, əvəzində, bir ətək pul qazana bilərsən.
– Hə, elə olmağına elədi, amma nəsə Londonu tərk
eləmək istəmirəm.
– Niyə, nəyin xətrinə? Mən sənin yerində olsaydım,
bu təklifdən ikiəlli yapışardım. Pyes nə vaxtdandı,
səhnədədir, belə getsə, pasxayacan ona baxmağa gələn-
lərin sayı tamam azalacaq. Əgər sən Amerikanı fəth
eləmək istəyirsənsə, bil ki, belə imkan bir də ələ düşən
deyil.
– Bu pyesin yazda getməyəcəyinə əsas görmürəm.
Bir də ki, mən yeni insanlarla tanışlığı xoşlamıram. Öz
dostlarımla qalmağa üstünlük verirəm.
– Məncə bu, səfehlikdi. Dostların sənsiz də əla keçi-
nəcək. Sən də Nyu-Yorkda vaxtını kefin istəyən kimi ke-
çirəcəksən.
189