Page 190 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 190
yam Somerset Moem
Culiyanın cingiltili gülüşü ürəkdən gəldi.
– Deyəsən, məndən canını necə qurtarmağın hayın-
dasan.
– Əlbəttə, mən səndən ötrü dəhşətli darıxacam. Am-
ma biz axı cəmi bir neçə aylığa ayrılacağıq. Əgər mənim
əlimə belə fürsət düşsəydi, dünyasında buraxmazdım.
Şam yeməyindən sonra restoranın qapıçısı onlar
üçün taksi çağırtdıranda Tom sürücüyə çox təbii bir hal
kimi öz mənzilinin ünvanını dedi. Taksidəcə Culiyanın
belini qucaqlayıb üzündən öpdü. Sonra Culiya çox da
geniş olmayan biryerlik çarpayıda Tomun ağuşunda
uzananda hiss elədi ki, indi onun canına büsbütün
hakim kəsilən bu ilahi rahatlığının müqabilində son iki
həftə içini gəmirən həmin o ağrı elə də böyük bir şey
deyilmiş.
Culiya Tomla dəbdə olan restoranlara və gecə
kafelərinə getməyindəydi. Əgər insanlara Tomu onun
məşuqu kimi görmək xoş gəlirsə, neynək, qoy işlərində
olsunlar. Amma axır vaxtlar Culiya onunla harasa get-
mək istəyəndə Tom daha tez-tez məşğul olurdu. Culi-
yanın kübar dostları arasında belə bir fikir yaranmışdı
ki, Tom Fennel mənfəət vergisini necə azaltmaq sarıdan
ağlabatan təkliflər verir. Bir gün Dennorantlar onu özlə-
rinin şəhərətrafı evlərinə dəvət etmişdilər. Tom orada
özünə onun peşəkar bilgilərindən istifadə etmək istəyən
bir dəstə dost qazandı. Tom Culiyaya tanış olmayan
şəxslərdən də dəvətlər almağa başladı. Ümumi tanışlar
bəzən Culiyaya deyərdi:
– Siz də Tom Fenneli tanıyırsınız, eləmi? Heç də
fərsiz deyil, düzdümü? Eşitmişik ki, o, mənfəət vergi-
sində yüzlərlə funt qənaət eləmək üçün Cillianlara
yardımçı olub.
Bütün bunlar Culiyaya qəti xoş gəlmirdi. Əvvəllər
kiminsə evinə Tom ancaq onun vasitəsilə ayaq qoya bi-
lərdi. Belə çıxırdı ki, artıq o, onun köməyi olmadan da
190