Page 195 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 195
Seçilmiş əsərləri
– Mən rol arzulamıram. Əgər dublyor ola bilsəy-
dim... Demək istəyirəm, bu mənə məşqlərinizə gəlib
sizin texnikanızı öyrənməyə imkan verərdi. Bu özü elə
bir məktəbdi. Hamı belə deyir.
(“Axmaq qız, məni bişirmək istəyir. Guya, mən
özüm bunu bilmirəm. Bircə səni öyrətməyim qalmışdı”.)
– Sizin bu münasibətiniz mənə çox xoşdu. Amma
inanın ki, mən adi bir qadınam. Tamaşaçı mənə qarşı
mərhəmətlidir, çox mərhəmətlidir... Siz yaxşı qızsınız.
Özü də gəncsiniz. Gənclik gözəldi. Biz həmişə gənclərə
özlərini göstərmək üçün imkan yaradırıq. Həm də bizlər
əbədi deyilik, zamanı gələndə yerimizi tutacaq əvəz
yetişdirməyi publika qarşısında özümüzə borc bilirik.
Culiya bu sözləri hər hərfi ustalıqla çıxaran səsiylə
elə sadəlövhlüklə dedi ki, Cun Denverin ürəyi yerinə
gəldi. Qarını bişirə bildi, dublyor yeri artıq cibindədir!
Tom Fennel demişdi, əgər axmaq olmasa, Rocerlə tanış-
lıq onu gətirib bir yerə çıxaracaq.
– Amma bu, belə tezliklə olmayacaq, eləmi miss
Lembert? – dedi və onun gözləri, o qəşəng qara gözləri
parıldadı.
(“Burada sən haqlısan, göyərçinim mənim, elə
haqlısan! Mərc gələrəm ki, hətta yetmiş yaşımda da sən-
dən yaxşı oynayacam”.)
– Bəli, mən fikirləşməliyəm. Növbəti pyes üçün bizə
hansı dublyor lazım olacağını hələ bilmirəm.
– Söz gəzir ki, qız qəhrəmanı Evis Krayton oynaya-
caq. Mən ona dublyor ola bilərdim.
Evis Krayton. Culiyanın sifətində bir əzələ də tər-
pənmədi. Bu adın ona nəsə dediyi bir adamın da ağlına
gəlməzdi.
– Onun haqqında ərimdən eşitmişəm, amma hələ
ortada heç bir şey yoxdu. Mən onu azca da tanımıram.
İstedadı varmı?
– Elə bilirəm, var. Biz teatr məktəbində bir yerdə
olmuşuq.
195