Page 193 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 193
Seçilmiş əsərləri
təsəvvür yarandı. Gəlincik sifətli, fındıq burun, üzünə
boyanı həm çox, həm də yersiz çəkən gənc bir qız.
“Ayaqları həddən artıq qısa, qəti gözəçarpmayan
adi bir qız”. Culiya onun barəsində belə qənaətə gəldi.
Əynindəki, çox güman, bayırlıq paltarıydı, elə bircə
o özü Culiyaya sahibi haqqında hər şeyi deyirdi.
(“Şaftsberi-avenyu. Endirilmiş qiymətlərlə satış”.)
Yazıq qız çox həyəcanlıydı. Culiya ona stul göstərib
siqaret təklif etdi.
– Kibrit yanınızdadı.
Qız kibriti yandırmaq istəyəndə Culiya gördü ki,
əlləri əsir. Birinci çöp sındı, ikincini alışdırmaq üçün üç
dəfə cəhd eləmək lazım gəldi.
(“Kaş Rocer onu bu halda görəydi! Ucuz ənlik, ucuz
dodaq boyası, özü də qorxudan meyit rəngi alıb. Amma
Rocerin qənaətincə, o, şən bir qızdı”.)
– Siz çoxdan səhnədəsiniz, miss... Bağışlayın, adını-
zı unutmuşam.
Qızın boğazı qurumuşdu. Siqareti sönsə də, onu
həmin məlum görkəmdə əlində tutmuşdu. Birtəhər dili-
nə güc verib Culiyanın sualına cavab verdi:
– Cun Denver. İki ildi.
– Neçə yaşınız var?
– On doqquz.
(“Yalandı. İyirmi iki olar”.)
– Siz mənim oğlumla tanışsınız?
– Bəli.
– O, İtonu yenicə bitirib, almanca öyrənmək üçün
Vyanaya gedib. O, əlbəttə, hələ çox cavandı, atasıyla fi-
kirləşdik, Kembricə daxil olmaqdan əvvəl bir neçə ayını
xaricdə keçirməsi Rocerin xeyrinə olar. Bəs siz hansı am-
plualarda çıxış etmisiz? Siqaretiniz sönüb. Başqasını
götürün.
– Yox, lazım deyil, çox sağ olun. Mən əyalətlərdə
oynamışam. Çox istərdim, Londonda özümü göstərim.
193