Page 196 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 196
yam Somerset Moem

Culiya:
– Həm deyirlər, şəkil kimi qızdı, – deyib qəbulun
bitdiyini nümayiş etdirmək üçün ayağa qalxdı. Və krali-
ça görkəmini çiynindən atdı. Səsinin ahəngini dəyişib
bir andaca təzədən imkanı daxilində olan köməkliyi bir
dost kimi məmnuniyyətlə eləməyə həmişə hazır olan
doğma, ürəyiaçıq bir aktrisaya çevrildi. – Əzizim, adınızı
və ünvanınızı qeyd edib mənə verin, bir şey alınsa, sizə
xəbər eləyəcəm.
– Siz məni yaddan çıxarmazsınız ki, miss Lembert?
– Xeyr, əzizim, söz verirəm. Sizinlə tanışlıq mənə
xoş oldu. Siz qiyamət qızsınız. Küçəyə çıxışı özünüz tapa
biləcəksinizmi? Sağ olun.
“Mənim teatrımdan rol istəyənə bax. Qulağının
dalını görərsən. Mənim oğlumu pozan murdar fahişə!
Mənim zavallı quzuciyəzim. Ayıb və ləkə: bunun başqa
adı yoxdu. Belələrinə qanunla ən ağır cəza verilməlidir”.
Gözəl libasını soyuna-soyuna güzgüdə özünə bax-
dı. Baxışları hirsliydi, dodağı isə kinayəli təbəssümdən
əyilmişdi. Öz əksinə müraciətlə:
– Rəfiqəm mənim, – dedi, – sənə “Bu zəmanələr”də,
ümumiyyətlə, teatrımızın heç bir tamaşasında oynama-
yacaq bir insanın da adını deyə bilərəm. Bu, Evis Kray-
tondu.

İYİRMİ BİRİNCİ HİSSƏ

Amma bir həftə sonra Maykl onun adını yada saldı.
– Qulaq as, sən Evis Krayton adlı qız barədə eşit-
misənmi?
– Heç vaxt.
– Deyirlər, pis deyil. Xanımlığı-zadı yerli yerində-
dir. Atası hərbiçilərdəndi. Fikirləşdim, görən, Onor rolu-
na yarayar.
– Onun haqqında kimdən eşitmisən?

196
   191   192   193   194   195   196   197   198   199   200   201