Page 201 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 201
Seçilmiş əsərləri

oxumağa göndərəndə bir xeyli tərəddüd elədim, amma
rol xoşuma gəldi.

Culiya:
– Sizin ifanız tərifəlayiqdi, – dedi.
– Siz çox nəzakətlisiniz! Əlbəttə, əgər məşqlər bir az
çox olsaydı... Nəyə qadir olduğumu, xüsusən, sizə gös-
tərmək istəyirdim.
– Bilirsiz, mən artıq birinci il deyil ki, səhnədəyəm.
Həmişə hesab eləmişəm ki, əgər insanın istedadı varsa,
onu istənilən şəraitdə üzə çıxaracaq. Məgər siz elə fikir-
ləşmirsiz?
– Nəyi nəzərdə tutduğunuzu başa düşürəm.
Əlbəttə, təcrübəmin azlığını inkar eləmirəm, amma əsas
bəxt məsələsidi. Hiss eləyirəm ki, oynaya bilərəm. Əyni-
mə biçilən bir rol olsaydı...
Evis susub Culiyaya imkan yaratdı ki, yeni pyes-
lərində məhz belə bir rolun olduğunu desin, amma o,
eləcə, çöhrəsindəki təbəssümlə dinməzcə ona baxa-baxa
qalmışdı. Culiya Evisin ona yepiskop müavininin arva-
dının yanında yerini isti elməyə can atan skvayrın1
arvadı kimi müraciət eləməsindən ləzzət alırdı.
Nəhayət soruşdu:
– Siz çoxdan teatrdasız? Qəribədi, nəsə mən heç
vaxt sizin barənizdə eşitməmişəm.
– Mən bir müddət revyuda çıxış elədim, sonra hiss
elədim ki, vaxtımı boş yerə sərf eləyirəm. Ötən mövsü-
mü büsbütün turnedə keçirmişəm. Yenidən Londonu
tərk eləmək istəməzdim.
Culiya:
– Londonda aktyor roldan çoxdu, – dedi.
– Şübhəsiz. Əgər arxa-dayağın yoxdusa, səhnəni gə-
rək yaddan çıxarasan. Eşitmişəm, tezliklə yeni tamaşa
qoyacaqsınız.

1 skvayr – İngiltərədə zadəgan titulu

201
   196   197   198   199   200   201   202   203   204   205   206