Page 203 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 203
Seçilmiş əsərləri
– Bəli.
– Yaxşı.
Culiya onun toxtadığını hiss elədi. Yəqin, Tom qor-
xurdu ki, Culiya birdən onun mənzilinə getmək istəyər.
Maşında Tom susmuşdu və Culiya bunun səbəbini
bilirdi. O hiss eləmişdi ki, haradasa Evis Kreytonun da
getdiyi və Tomun orada olmaq istədiyi bir axşam zi-
yafəti təşkil olunacaq. Evə gəlib çatanda hər tərəf qaran-
lıq və səssizlik içindəydi. Qulluqçular artıq yatmışdılar.
Culiya onların aşağı, mətbəxə düşüb oradan yeməyə bir
şey axtarmalarını təklif etdi.
Tom:
– Mən ac deyiləm, sən necə, nəsə bir şey yemək
istəyirsənmi? – dedi. – Mən sodalı viski içib yatacam. Sa-
bah idarədə mənim ağır günümdü.
– Yaxşı, viskidən qonaq otağına, mənə də gətir. İşığı
özüm yandıraram.
Tom içəri keçəndə Culiya güzgünün qabağında
kremlənib, dodaqlarını boyayırdı. O yalnız viskini
süzəndə əl saxlayıb döndü. Yayxandığı böyük kreslonun
qucağında itib-batmış Tom özünün çox ustalıqla tikilmiş
bu kostyumunda elə gənc, elə inanılmaz qədərində yara-
şıqlıydı ki, bu axşamın bütün qüssəsi, son günlər içini
yeyən dözülməz qısqanclıq hissi qəflətən qeyb olub
Culiyanın ona olan ehtiraslı məhəbbətinin alovunda
əridi. Culiya kreslonun qoltuğunda oturub nəvazişlə
onun saçlarını sığalladı. Tom əsəbi hərəkətlə dartındı.
– Eləmə, – dedi. – Saçlarıma toxunanda zəhləm ge-
dir.
Elə bil, Culiyanın ürəyinə xəncər batırdılar. Tom hə-
lə bu vaxtacan onunla bu tonda danışmamışdı. Amma
büruzə vermədi, Culiya heç nə olmamış kimi gülüm-
səyib indicə Tomun ona süzdüyü bir badə viskini stolun
üstündən götürüb qarşı tərəfdəki kresloda oturdu.
Tomun bu hərəkəti və dedikləri, sanki, özündən xəbər-
203