Page 206 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 206
yam Somerset Moem

– Düz deyil.
Culiya bilirdi ki, ona bu vicdan əzabını çəkdirən
özünün məsum saydığı o qıza olan məhəbbətidi. Axmaq
adam! Doğrudanmı o, dərk eləmirdi ki, əgər ondan rol
alacağına əmin olsa, Evis Krayton lap rejissorun ikinci
köməkçisiylə də yatağa girər.
– Əgər Evis Kraytona vurulmusansa, niyə məndən
gizləyirsən?
Tom məzlum baxışlarını ona dikib susdu.
– Olmaya qorxursan, mən onun yeni pyesimizdə
iştirakına pəl vuram? Sən məni bu vaxtacan kifayət
qədər yaxşı tanımalıydın. Anlamalıydın ki, mən hisslə-
rimin işlərimə mane olmasına imkan vermərəm.
Tom qulaqlarına inanmadı.
– Nəyi nəzərdə tutursan?
– Elə bilirəm, Evis tapıntıdı. Maykla deyəcəyəm ki,
o, bizə tamamilə uyğun gəlir.
– Ah Culiya, sən bir dənəsən! Sənin belə misilsiz
qadın olduğunu təsəvvür belə eləməzdim!
– Məndən soruşsaydın, deyərdim.
Tom dərindən nəfəs aldı.
– Mənim əzizim! Sənə elə öyrəşmişəm ki.
– Bilirsən, elə mən də. Səninlə gəzmək elə xoşdu ki.
Zövqlə geyinirsən, özünü aparmağı bacarırsan, istənilən
adam səninlə fəxr eləyə bilər. Səninlə bir yatağa girmək
mənim xoşuma gəlir, elə bilirəm, sənin də xoşuna gəlir,
amma həqiqətin gözünün içinə baxmaq lazımdı. Sən
mənə vurulmadığın kimi, mən də heç vaxt sənə vurul-
mamışam. Bilirdim, gec-tez əlaqələrimiz kəsilməlidir.
Sən nə vaxtsa kiməsə vurulmalıydın, bu da, təbii ki, hər
şeyin sonu olmalıydı. Bu indi baş verdi, hə?
– Hə.
Culiya özü bu sözləri ondan eşitmək istəyirdi,
amma bu iki hərflik sözün ağrısı dözülməz idi. Bununla
belə, dostcasına gülməyindən qalmadı.
– Biz vaxtımızı heç də pis keçirmədik, amma sənə
elə gəlmirmi ki, artıq dükanı bağlamaq vaxtıdı?

206
   201   202   203   204   205   206   207   208   209   210   211