Page 210 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 210
yam Somerset Moem
Culiya dərdini ya Çarlza, ya da Dolliyə danışardı. Əl-
bəttə, Çarlz ona ürəkdən yanacaqdı, amma bu, ondan öt-
rü dəhşətli zərbə olardı. Həm də budur, düz iyirmi ildi
onu dəlicəsinə sevir və Culiya Çarlza onun uğrunda hə-
yatının on ilindən keçəcəyi bir xəzinəni ən adi bir oğlan
uşağına verdiyini desəydi, bu, sadəcə, adamlıqdan ol-
mazdı. O, Çarlzın kumiri idi və bu kumiri kürsüdən
aşırmaq düzgün olmazdı. Belə kübar, belə savadlı, belə
nəzakətli bir insanın – Çarlz Temerlinin onu hələ də
sədaqətlə sevməsini fikirləşmək, şübhəsiz ki, Culiyanın
xeyrinə oldu. Əgər Culiya ona etibar etsəydi, Dolli,
əlbəttə ki, məmnun qalardı. Son vaxtlar nadir hallarda
görüşürdülər, amma Culiya bilirdi ki, Dolli onun bir
zənginə bənddi, o dəqiqə qaçıb gələcək. Həqiqəti onsuz
da ucdan-qulaqdan bilsə də, Culiya hər şeyi açıq ürəklə
etiraf eləyəndə Dolli dəhşətli dərəcədə hiddətlənib
qısqanclıqdan havalanacaqdı. Amma artıq hər şeyin ar-
xada qaldığına görə sevinib onu bağışlayacaqdı. Necə
məmnunluqla onlar Tomu söyərdilər! Əlbəttə, qərarın
Tomdan gəldiyi ləzzəti azaldırdı, Dollini aldada bilməz-
sən, əgər Culiya ona, guya, Tomdan özünün ayrıldığını
desə də, inanan deyildi. Culiya yaxşıca ağlamaq istədi,
amma yox, özü yıxılan ağlamaz. Dolli üçün bu, onun
xeyrinə yazılan xal olardı… Culiyaya qarşı bütün canı-
yananlığıyla yanaşı, o da insandı və ürəyinin bir yerində
onun səsini azca da olsa, nəzərə alınmasına sevinəcəyi
təbii idi. Amma Dolli həmişə ona pərəstiş yeri kimi bax-
mışdı və indi Culiya ona öz zəif yerini göstərmək niy-
yətində deyildi.
“Belə görürəm, üz tuta biləcəyim yeganə adam
Maykldı, amma həm də belə görürəm, heç o da lazım
deyil”. Culiya qımışdı. Culiya onun nə deyəcəyini oldu-
ğu kimi təsəvvürünə gətirdi:
“Əzizim, mənə belə şeylər danışmaq heç də yaxşı iş
deyil. Lənət şeytana, sən məni çox çətin vəziyyətə qoyur-
210