Page 212 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 212
yam Somerset Moem

– Onu nahara çağırımmı?
– Necə istəyirsən.
– Culiya soruşur, bazar günü bizə nahara gələ
bilərsənmi? Hə? Heyf. Di hələlik, köhnə dost.
Maykl dəstəyi yerinə qoydu:
– Onun görüşü var. Olmaya bu gənc yaramaz o
qızla eşq yaşayır?
– And içir ki, yox. Deyir, ona hörməti var. O qızın
atası polkovnikdi.
– Aha, deməli, o, ledidi?
Culiya soyuq səslə cavab verdi:
– Birinin olması üçün o biri vacib deyil. Sən de
görüm, Tomla nədən danışırdın?
– Tom dedi ki, məvacibini azaldıblar. Ağır zəma-
nədi. Mənzildən imtina eləmək istəyir.
Bu yerdə qəflətən Culiyanın ürəyi sancdı.
– Amma ona dedim ki, narahat olmasın, dünya
düzələnə qədər orada havayı yaşaya bilər.
– Sənin bu mərhəmətini başa düşə bilmirəm. Bir də
ki, sizin aranızda təmiz iş söhbətidi.
– Onun, onsuz da, işləri yaxşı getmir, hələ çox
gəncdi. Özü də bilirsən, o, bizə lazımdı. Nahara kavaler
çatışmayanda çağıran kimi buradadı, qolf oynayanda
adama mütləq əlinin altında birinin olması lazımdı.
Rübə hansısa iyirmi beşcə funt nə puldu axı.
– Sən bu yer üzündə, mənim qənaətimcə, pulunu
sağa-sola xərcləməyə hazır olan sonuncu insansan.
– Bəsdi, narahat olma, bir tərəfdən bağlayan, o biri
tərəfdən açar, mən boş əllə oturanlardan deyiləm.
Masajist qadının gəlişiylə söhbət xətm olundu.
Culiya teatra gedəcəyin vaxtın yaxınlaşmasına sevinirdi.
Bu ağır gün bircə tez gəlib keçəydi. Qayıdandan sonra
yenə yuxu dərmanı qəbul eləyib bir neçə saat özündən
xəbərsiz olacaqdı. Ona elə gəlirdi ki, bir neçə gündən
sonra bu mənəvi sarsıntı arxada qalacaq, ağrı keyiyəcək.

212
   207   208   209   210   211   212   213   214   215   216   217