Page 217 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 217
Seçilmiş əsərləri
– Sən, sadəcə, axmağın birisisən, nə səfehlədiyini
özün də bilmirsən. Aktyorluq sənətindən mən bilənləri
kim bilir. Bəs sən nə bilirsən? Ancaq mən öyrədənləri.
Əgər səndən nəsə xeyir gəlirsə, o da mənə görədi. Bir də
ki, qaz ətinin ləzzətini bilmək üçün onu yemək lazımdı.
Hər şey müqayisədə bilinir. Məni neçə dəfə səhnəyə
qaytardıqlarını gördünmü? Pyes getdiyi vaxtdan indi-
yəcən belə uğur qazanmamışdı.
– Bunlar hamısı mənə məlumdu. Publika, ya bir
topa eşşək, eyni şeydi. Əgər sən inildəyirsənsə, ufulda-
yırsansa, əllərini ölçə-ölçə danışırsansa, mütləq nəfəsi
kəsilənəcən “bravo” qışqıran axmaq tapılacaq. Sənin bu
axır günlər oynadığını səyyar teatrın aktyorları oyna-
yırlar. Əvvəldən axıracan sünidi.
– Süni? Mən hər sözü yaşamışam!
– Sənin necə yaşadığın mənə maraqlı deyil. Sən şi-
şirdirdin, sən oynayırdın, amma sənin inandırıcı görü-
nüşün bir an belə olmadı. Mən bütün ömrüm boyu belə
iyrənc ifa görməmişəm.
– Donuzun biri! Mənimlə belə danışmağa necə cürət
eləyirsən?! İyrənc özünsən!
Culiya əlini qaldırıb ona tutarlı bir şapalaq ilişdirdi.
Maykl güldü.
– Məni döyə də bilərsən, söyə də, dəli kimi ulaya da
bilərsən, amma fakt-faktlığında qalır – sənin ifan heç
nəyə yaramır. Sən qaydaya düşməyincə, mən “İndiki
zəmanə”nin məşqlərinə başlamaq niyyətində deyiləm.
– Onda bu rolu məndən yaxşı oynaya biləcək bir
başqasını tap.
– Gic-gic danışma, Culiya. Ola bilsin, o qədər də yaxşı
aktyor deyiləm, özüm haqda da heç vaxt yüksək fikirdə
olmamışam, amma yaxşı ifanı pisdən ayırmağı bacarı-
ram. Üstəlik, səndən mənə gizli qalan heç nə yoxdu. Şən-
bə günü teatrın yeni mövsümə qədər bağlandığı barədə
elan verdirəcəyəm, istəyirəm, sən də dərhal xaricə gedə-
sən. “İndiki zəmanə”ni payızda təqdim eləyərik.
217