Page 214 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 214
yam Somerset Moem

– Hə, xəbərim var.
– Dedi ki, onu sənin zəmanətinlə götürür. Sən bir
dənəsən.
İndi ürəyinin nəbzi dəqiqədə yüz dəfə vuran Culiya
öz səsinə hakim kəsilmək istədi. Şən ovqatda gülüm-
sünüb:
– Boş-boş çərənləmə, – dedi. – Axı sənə demişdim
ki, hər şey qaydasında olacaq.
– Hər şeyin yoluna düşdüyünə görə çox şadam.
Evis bu rola ancaq mən danışdıqlarımın müqabilində
razılaşdı. O, adətən, pyesi tam oxumadan razılaşmır.
Yaxşı ki, bu dəqiqə Culiyanın sifətini görə bilmirdi.
Culiya istədi ki, sərt tərzdə Toma desin ki, onlarda üçün-
cüdərəcəli aktrisaya tanışlıq üçün pyesi oxumağa ver-
mək adəti yoxdu, amma əvəzində dilindən azca
üzrxahlığa oxşar bir tərzdə bu sözlər çıxdı:
– Mən elə bilirəm, rolunu bəyənəcək. Sən necə
bilirsən? Çox yaxşı roldu.
– Özü də bilirsən, Evis bu rolun lap canını alacaq.
Əminəm ki, onun ifası aləmə səs salacaq.
Culiya nəfəsini güclə uddu.
– Bu çox gözəl olacaq. Demək istəyirəm, bu, ona
yüksəlmək üçün kömək edəcək.
– Elə mən də ona belə deyirəm. Qulaq as, nə vaxt
görüşək?
– Mən sənə zəng eləyərəm, yaxşı. Heyif ki, bu gün-
lər üçün məndə bir topa dəvətnamə var...
– Sən məni atmaq istəmirsən, yalnız ona görə ki...
Culiya tamaşaçıların çox sevdiyi həmin o asta,
xırıltılı səslə güldü.
– Yaxşı görək, axmaq olma. Vay, vay, mənim van-
nam daşır. Görüşənədək, əzizim.
Culiya dəstəyi yerinə qoydu. Tomun səsindən axıb
ürəyinə dolan ağrı dözülməz idi. Yatağında oturan Culi-
ya əzabdan qıvrıldı.

214
   209   210   211   212   213   214   215   216   217   218   219