Page 218 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 218
yam Somerset Moem

Mayklın təmkinli, qətiyyətli səsi Culiyanı sakit-
ləşdirdi. Həqiqətən də, əgər söhbət onun ifasından ge-
dirsə, Mayklın bilmədiyi bir şey yoxdu.

– Doğrudanmı, mən pis oynadım?
– Əcaibcəsinə.
Culiya fikrə getdi. O, nə baş verdiyini başa düşdü.
Öz emosiyalarını gizləyə, hisslərinə hakim ola bil-
məmişdi. Təzədən bütün bədəni əsdi. Bu, ciddi məsə-
ləydi. Sınmış ürək və sair çox gözəl idi, amma əgər bu,
onun sənətinə də sirayət eləyirsə... Yox, yox, yox. Məsələ
tamam başqa rəng alır. İfası ondan ötrü bütün eşq macə-
ralarının fövqündədir.
– Özümü ələ almağa çalışaram.
– Özünü zorlamağın nə faydası? Sən çox yorulmu-
san. Öz günahımdı. Mən çoxdan səni məzuniyyət gö-
türməyə məcbur eləməliydim. Sənə doyunca dincəlmək
lazımdı.
– Bəs teatr?
– Əgər binanı kirayə verə bilməsəm, onda öz rolum
olan köhnə pyeslərdən birini bərpa eləyərəm. Məsələn,
“Əsas ürəkdi”. Sənin həmişə ondan zəhlən gedib.
– Hamı deyir ki, mövsüm çox uğursuz olacaq.
Köhnə pyesə ümid eləmək olmaz. Əgər mən tamaşada
olmasam, sən bir şey qazana bilməyəcəksən.
– Vacib deyil. Vacib olan sənin səhhətindi.
Culiya ucadan:
– İlahi! – dedi. – Bu qədər mərhəmətli olmaq. Mən
bu mərhəmətin yükünü daşıya bilmərəm.
Qəflətən Culiya hönkürtüylə ağladı.
– Sevgilim!
Maykl onu qucaqlayıb divana əyləşdirdi, özü də
yanında oturdu. Culiya ümidsiz halda ona qısıldı.
– Sən mənə qarşı necə diqqətlisən, Maykl! Mən
özümə nifrət eləyirəm. Mən heyvanam, mən ləçərəm,
mən iblisin törəməsiyəm, təpədən-dırnağacan çirkab
içindəyəm.

218
   213   214   215   216   217   218   219   220   221   222   223