Page 223 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 223
Seçilmiş əsərləri
Platformaya toplanan bir dəstə adam onlarla ara-
larında hörmət əlaməti kimi müəyyən məsafə saxla-
mışdılar. Onların mətbuat üzrə nümayəndəsi yaxınlaşıb
Maykla dedi ki, reportyorlara verdiyi material bütün bir
köşəyə kifayət edəcək. Qatar tərpəndi.
Culiya Evini özüylə aparmaqdan imtina etdi. Onda
belə bir hiss var idi ki, əgər təzədən əvvəlki ovqatına
qovuşmaq istəyirsə, indiki həyatından tamamilə qop-
malıdır. Evi bu fransız evində yerinə düşməyəcəkdi.
Hələ lap gənc ikən fransıza ərə gələn Kerri xala, daha
doğrusu, madam Fallu indi bu ahıl çağında fransızcada
ingiliscədən daha sərbəst danışırdı. O artıq illərdən bəri
dul idi, yeganə oğlu isə müharibədə həlak olmuşdu. O,
təpənin üstündəki hündür, ensiz daş evdə yaşayırdı və
onun kandarından içəri keçəndə adam, sanki, ötən yüzil-
liyin ab-havasına düşürdü. Yarım əsrdə burada heç nə
dəyişməmişdi. Qonaq otağında XV Ludoviq dövrünün
üslubundakı mebel dəsti ayda bir dəfə ipək parçasına
təmizləmək üçün açılan üzlüklərlə örtülmüşdü. Büllur
çilçırağı milçəkdən qorumaq üçün üstünə cuna keçir-
mişdilər. Sobanın qarşısında, içinə tovuz lələyi qoyul-
muş iki şüşə qabın ortasında iri güldan var idi. Kerri xala
bu otaqdan heç vaxt istifadə eləməsə də, hər gün öz
əlləriylə onun tozunu alırdı. Yemək otağındakı divarlara
taxta şəbəkə döşənmişdi və oradakı mebelləri də üzlə-
mişdilər. Gümüş epergne1, gümüş qəhvədan, gümüş
dəm çayniki və gümüş məcməyi bufetə yaraşıq verirdi.
Kerri xala və Culiyanın anası missis Lembert günlərini
ampir üslublu mebelli uzun, ensiz otaqda keçirirdilər.
Divarda girdə çərçivələrin içində Kerri xalanın, onun
mərhum ərinin, valideynlərinin və həlak olmuş oğlunun
uşaqlığının təsvirini özündə əks etdirən yağlı boya ilə
1 Epergne – nahar süfrəsinin ortası üçün nəzərdə tutulan, adətən bir neçə
hissədən ibarət qat-qat güldan
223